Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/124/38-41

Mehriban Mehdiyeva

Bakı Dövlət Universiteti

https://orcid.org/0009-0007-6940-3050

mehriban.mehdiyev1970@gmail.com

 

Dünyada ingilis dilinin inkişaf

tendensiyalari və tədrisə təsiri

 

Xülasə

 

Bu məqalədə ingilis dilinin dünyada sürətlə genişlənən inkişaf tendensiyaları və onun müasir tədris sistemlərinə çoxşaxəli təsiri araşdırılır. Analiz göstərir ki, ingilis dilinin qlobal dominantlığı qloballaşma, texnoloji yeniliklər, beynəlxalq elmi kommunikasiya və iqtisadi inteqrasiyanın birgə nəticəsidir. İnternet məzmununun böyük hissəsinin ingilis dilində olması, elmi jurnalların və beynəlxalq konfransların ingiliscə aparılması dili qlobal bilik mübadiləsinin əsas vasitəsinə çevirir. Məqalədə həmçinin ingilis dilinin müxtəlif regionlarda fərqli variasiyalar yaratması, texnologiya ilə inteqrasiya nəticəsində daha dinamik forma alması və beynəlxalq mədəniyyətlərarası ünsiyyət üçün baza dili rolunu oynaması vurğulanır.

Tədris sahəsində isə EMI modelinin yayılması, müəllim hazırlığına yeni metodoloji və texnoloji tələblərin daxil edilməsi, rəqəmsal öyrənmə resurslarının artması və ingilis dilinin digər fənlərin mənimsənilməsinə təsiri kimi məsələlər təhlil edilir.

Nəticə olaraq, ingilis dili XXI əsrdə qlobal kommunikasiya, elm və təhsil ekosisteminin əsas elementi kimi strateji əhəmiyyət kəsb edir.

Açar sözlər: ingilis dili, qloballaşma, tədris metodları, rəqəmsal təhsil, World Englishes

 

 


Baxış: 60