Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/206-210

Hüseyn Quliyev

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası

https://orcid.org/0009-0002-8686-4995

huseynguliyeff@gmail.com

 

Dövlət hakimiyyəti nümayəndələrinə və dövlət başçılarına qarşı törədilən

təhqir cinayətinin, internet məkanı və sosial şəbəkələrdə təhqir

hallarına beynəlxalq yanaşma və Azərbaycan Respublikası

qanunvericiliyi ilə müqayisəli təhlili

 

Xülasə

 

Müasir dövrdə hüquq sistemləri dəyişən ictimai münasibətlərə uyğun inkişaf etməlidir. Bir çox ölkələrdə dövlət hakimiyyəti nümayəndələrinin təhqir və böhtandan müdafiəsi qanunla təmin olunur. Bu, onların vəzifələrini icra edərkən şərəf və ləyaqətlərinin qorunmasına xidmət edir. Azərbaycan Konstitusiyası bu hüququ tanısa da, Cinayət və İnzibati Xətalar Məcəlləsində bu sahədə konkret sanksiyalar mövcud deyil. Sosial şəbəkələrin təsiri ilə hüquq-mühafizə orqanlarına qarşı təhqiramiz münasibətlərin artması, bu cür əməllərin qanunla ayrıca normativ tənzimlənməsini zəruri edir. MDB və Avropa ölkələrinin əksəriyyətində dövlət qulluqçularının və dövlət başçılarının təhqirinə görə cinayət məsuliyyəti mövcuddur. Məsələn, Rusiya, Belarus, Almaniya, Polşa və Türkiyədə bu əməllər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bəzi ölkələrdə isə bu ifadə azadlığı kimi qiymətləndirilir (məsələn, ABŞ). Beynəlxalq təşkilatlar dövlət vəzifəlilərinin daha geniş tənqidə dözümlü olmalı olduğunu qeyd etsə də, şəxsi ləyaqətin qorunması da vacibdir. Azərbaycanda isə bu balansı qorumaq məqsədilə qanunvericiliyə xüsusi normaların əlavə edilməsi təklif olunur.

Açar sözlər: cinayət, dövlət hakimiyyəti nümayəndəsi, dövlət başçısı, hüquq-mühafizə orqanları, cəza, təhqir, böhtan, şərəf, ləyaqət, hüquq pozuntusu


Baxış: 382