DOI: https://doi.org/10.36719/2789-6919/64/26-31
DİM 13 çərçivəsində turizmin CO₂ emissiya intensivliyi və iqtisadi artımın dinamik təsirləri
Flora Kərimova1* , Asif Abdullayev1
,
Günel Quliyeva1 , Aftandil Məmmədli1
Xülasə. Turizm sektorunda karbon emissiyalarının intensivliyi ilə iqtisadi artım arasındakı əlaqə dayanıqlı inkişaf siyasətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədqiqat BMT-nin 13-cü Dayanıqlı İnkişaf Məqsədi — “İqlim dəyişikliyinə qarşı mübarizə” çərçivəsində turizm sektorunda CO₂ emissiyalarının intensivliyinin iqtisadi artıma təsirini araşdırır. Turizmdə CO₂ emissiyalarının intensivliyi turizm fəaliyyətləri nəticəsində yaranan karbon emissiyalarının iqtisadi məhsulun həcminə nisbətini ifadə edir və sektorun ekoloji səmərəliliyinin əsas göstəricilərindən biri hesab olunur. Mövcud empirik və müqayisəli tədqiqatların sistemli təhlili göstərir ki, turizmin inkişafı iqtisadi artımı dəstəkləsə də, enerji istehlakının strukturu və ekoloji siyasətin səmərəliliyi emissiyaların intensivliyinə birbaşa təsir göstərir. Bərpa olunan enerjidən istifadə, yaşıl nəqliyyatın inkişafı, ekoloji innovasiyaların təşviqi və aşağı karbonlu turizm strategiyalarının tətbiqi emissiyaların azaldılmasına və uzunmüddətli iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə töhfə verir. Tədqiqatda vurğulanır ki, iqlim siyasətinin, yaşıl investisiyaların və dayanıqlı turizm idarəçiliyinin inteqrasiyası 13-cü Dayanıqlı İnkişaf Məqsədinin hədəflərinə nail olmaq üçün zəruridir.
Açar sözlər: turizm, CO₂ emissiyalarının intensivliyi, iqtisadi artım, DİM 13, dayanıqlı turizm, iqlim dəyişikliyi