DOI: https://doi.org/10.36719/2663-4619/113/168-172
Nigar Süleymanova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0008-8331-3956
amiraslanigar99@gmail.com
Dil qaydalarının yazı bacarıqlarına təsiri və inteqrativ tədris
Xülasə
Məzmun xətləri ümumi təlim nəticələrinin reallaşdırılması üçün müəyyən olunan fənn kurikulumunun zəruri hissəsi olub, şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək və onu sistemləşdirmək məqsədi daşıyır. Məqalədə yazı və dil qaydaları məzmun xətti üzrə işlərin inteqrativ təşkilinin yazı bacarıqlarının təkmilləşdirilməsinə təsiri aydınlaşdırılmışdır.
Azərbaycan dili kurikulumu hazırlanarkən şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürlərinin inkişaf etdirilməsi məqsədi ilə onların bir-birləri ilə ünsiyyəti, əməkdaşlığı, oxu bacarıqları, müxtəlif tipli yazı nümunələri, gələcək peşə fəaliyyətində yararlı olan mühüm bacarıqlarının formalaşdırlması əsas mətləb olmuşdur.
Yazılmış məqalədən belə nəticəyə gəlmək olar ki, fəal interaktiv dərslərdə inteqrasiya yalnız fənlərarası və fəndaxili deyil, məzmun standartlarının öz daxilində də mövcuddur.
Açar sözlər: yazı, dil qaydası, məzmun xətti, inteqrativlik, dərs, Azərbaycan dili