Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/239-244

Sənan Valehov

Heydər Əliyev adına Hərbi İnstitut

iqtisad elmləri namizədi

https://orcid.org/0009-0008-0357-2641

valehovsenan@gmail.com

Elnurə Məhəmmədova

Heydər Əliyev adına Hərbi İnstitut

https://orcid.org/0009-0008-0483-595X

mahammadova.elnura@gmail.com

 

Big data texnologiyalarının tədris prosesinin idarə olunmasında tətbiqi

 

Xülasə

 

Məqalədə Big Data texnologiyaları ilə məlumatların emalında olan problemlər və onun hərbi təhsildə və universitetlərdə tədris prosesinin keyfiyyətinə daxili nəzarət və attestasiyanın monitorinqi məsələlərinin həllində istifadə imkanları araşdırılmışdır. Bütün təhsil müəssisələrində təhsilalanların attestasiyasının operativ və obyektiv şəkildə aparılmasının təmin edilməsi üçün nəticələrin avtomatik intellektual analizinə imkan verən informasiya-axtarış sisteminin yaradılması günün ən aktual məsələlərindəndir. Respublikamızdakı bir çox universitetlərdə, o cümlədən, hərbi təhsil müəssisələrində tələbələrin attestasiyası bu və ya digər dərəcədə informasiya texnologiyalarının tətbiqi ilə həyata keçirilsə də, vahid, elmi əsaslandırılmış metodika mövcud deyil. Attestasiya prosesində tələbələrin nəticələrinə həm elmi-metodiki, həm də psixoloji amillər təsir edir. Bu prosesin elmi əsaslandırılmış və sistemli analizinin aparılması praktiki tətbiqi baxımından maraq kəsb edir. Hərbi təhsil müəssisələrində kursantlarda praktiki vərdişlərin aşılanması strukturlaşmamış, çox böyük həcmli informasiyalardan istifadə olunmasını tələb edir. Bu isə öz növbəsində o deməkdir ki, mürəkkəb struktura malik müasir təhsil müəssisələrinin fəaliyyətlərinin optimallaşdırılması üçün idarəetmə modellərinin qurulmasını Big Data texnologiyalarından istifadə etmədən aparmaq mümkün deyil.

Açar sözlər: big data, model, optimallaşdırma, alqoritm, informasiya, analiz


Baxış: 220