Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/111/27-32

Asəf Əliyev

 Naxçıvan Dövlət Universiteti

 riyaziyyat üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0009-9406-7743

aliyevasef@ndu.edu.az

Yadulla Həziyev

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0004-9672-0148

yadullaheziyev@ndu.edu.az

Səyyad Vəliyev

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0004-5676-4234

seyyadveliyev@ndu.edu.az

Şahin Əliyev

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0002-5685-1179

sahinaliyev@ndu.edu.az

 

Azərbaycanın müdafiə potensialında nəqliyyat faktorunun rolu

 

Xülasə

Azərbaycanın müdafiə potensialının möhkəmləndirilməsində nəqliyyat sektoru strateji əhə­miyyət daşıyır. Bu mövzu çərçivəsində ölkənin müdafiə qabiliyyətinə nəqliyyat infrastrukturunun təsiri, hərbi-logistik əməliyyatların effektivliyi üçün nəqliyyat vasitələrinin və infrastrukturunun uyğunlaşdırılması məsələləri tədqiq edilir. Nəqliyyat şəbəkəsinin inkişafı, xüsusilə də dəmir yolu və avtomobil yollarının müasir tələblərə cavab verməsi, həm daxili, həm də regional təhlükəsizlikdə vacib rol oynayır. Əsas diqqət Azərbaycanın coğrafi mövqeyindən, tranzit potensialından və logistik imkanlarından istifadəyə yönəldilir. Məqalədə hərbi nəqliyyatın planlaşdırılması və təşkilinin mü­dafiə strategiyasında oynadığı rol, həmçinin müasir texnologiyaların tətbiqi ilə müdafiə sektorunda nəqliyyat resurslarının optimallaşdırılması yolları nəzərdən keçirilir. Eyni zamanda beynəlxalq əməkdaşlıq çərçivəsində nəqliyyat və logistik imkanların inkişafı müdafiə potensialının güclən­dirilməsi üçün əhəmiyyətli mexanizm kimi qiymətləndirilir. Təklif edilən yanaşmalar Azərbaycanın müdafiə sektorunun müasir tələblərə uyğun inkişafına töhfə verməyi hədəfləyir.

Açar sözlər: ağır texnika, hərbi avadanlıq, operativ daşımalar, hava limanları, infrastrukturun modernləşdirilməsi, radarlar, təlim texnologiyaları


Baxış: 389