Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/117/79-82

Sonaxanım Kərimova

Azərbaycan Milli Xalça Muzeyi

https://orcid.org/0009-0009-4915-1620

UOT 746-

son.art.92@mail.ru

 

Azərbaycan Tarix-Diyarşünaslıq muzeylərinin kolleksiyasından - xurcun

 

Xülasə

 

Xurcunlar Azərbaycan xalqının qədim toxuculuq və xalçaçılıq ənənələrinin mühüm nümunələrindən biridir. Əsasən köçəri və kənd həyat tərzində istifadə olunan bu məmulatlar həm funksional, həm də estetik xüsusiyyətləri ilə seçilir. Xurcunlar yun, pambıq, ipək kimi təbii materiallardan kilim və palaz texnikası ilə toxunur, üzərində müxtəlif simvolik naxışlar – qarmaqlı, pilləli, kilimgülü və yaylıq gülü naxışları təsvir olunur. Bu naxışlar xalqın mifoloji düşüncəsini və həyat tərzini əks etdirir. Muzeylərdə qorunan xurcun nümunələri Azərbaycan tətbiqi sənətinin yaşadılması, araşdırılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Açar sözlər: muzey, xurcun, tətbiqi sənət, etnoqrafiya, toxuculuq, naxış, məişət əşyası


Baxış: 79