DOI: https://doi.org/10.36719/2663-4619/114/234-238
Mehriban Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialı
https://orcid.org/0000-0001-7477-9430
mehriban.aliyeva.2011@mail.ru
Autizim sindiromlu uşaqlarının davranış analizi,
aparılan araşdırmalar
Xülasə
Autizm Spektrum Pozuntusu (ASP), beynin inkişafında yaranan anomaliyalar nəticəsində sosial qarşılıqlı əlaqə, ünsiyyət və davranış sahələrində çətinliklərə səbəb olan bir nevroloji pozuntudur. ASP olan uşaqların davranış pozuntuları aqressiv davranışlar, özünə zərər vermə, stereotipik hərəkətlər və sosial qarşılıqlı əlaqədə çətinliklər kimi təzahür edir. Bu davranışların səbəbləri arasında sensor həssaslıq, ünsiyyət çətinlikləri və ətraf mühitə adaptasiya problemləri yer alır. Lorna Uing, Uta Frith, Simon Baron-Cohen, Ole Ivar Lovas, Catherine Lord və Fred Volkmar kimi tədqiqatçılar ASP-nin müxtəlif aspektlərini araşdırmış və müalicə yollarını təklif etmişdir. ABA terapiyası, ASP olan uşaqlarda davranış pozuntularını azaltmaqda yüksək effektivdir. Dərman müalicəsi, bəzi hallarda aqressiv davranışları və özünə zərər vermə hallarını azalda bilər. İnklüziv təhsil mühiti, autizmli uşaqların sosial bacarıqlarını və özünəinamını artırmağa kömək edir. Ailə üzvləri uşaqlarının təhsil prosesinə aktiv şəkildə qatılaraq, evdə və təhsil mühitində dəstəkləyici bir mühit yaratmalıdırlar. Erkən müdaxilə və davamlı dəstək, ASP olan uşaqların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Müalicə və təhsil proqramlarının şəxsə uyğunlaşdırılması daha yaxşı nəticələr verir.
Açar sözlər: autizm, təhsil, uşaq, oyun, erkən təhsil, davranış, araşdırma