Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Ali təhsil müəssisələrində rəqəmsal idarəetmə keyfiyyətinin təmin olunmasında təşkilati amillərin rolu

 

Aytac Fətəliyeva

 

Xülasə. Məqalədə ali təhsil müəssisələrində rəqəmsal idarəetmə keyfiyyətinin təmin olunmasında təşkilati amillərin rolu nəzəri baxımdan təhlil edilir. Tədqiqat çərçivəsində rəqəmsal transformasiya şəraitində idarəetmə keyfiyyətinə təsir edən əsas təşkilati amillər araşdırılmışdır. Aparılan təhlillər əsasında müəyyən olunur ki, rəqəmsal idarəetmənin effektivliyi yalnız texnoloji imkanlarla deyil, həm də idarəetmə strukturunun çevikliyi, qərarvermə proseslərinin səmərəliliyi, daxili koordinasiya, insan resurslarının rəqəmsal bacarıq səviyyəsi və liderlik yanaşmaları ilə bağlıdır. Tədqiqat nəticələri göstərir ki, təşkilati amillər rəqəmsal idarəetmə sistemlərinin tətbiqinə və onların səmərəli fəaliyyətinə birbaşa təsir göstərir. Bu baxımdan, rəqəmsal idarəetmə keyfiyyətinin yüksəldilməsi texnoloji imkanların inkişafı ilə yanaşı, təşkilati amillərin də təkmilləşdirilməsini zəruri edir. Araşdırma göstərir ki, ali təhsil müəssisələrində akademik və inzibati heyətin rəqəmsal səriştəsinin yetərsizliyi innovativ idarəetmə modellərinin tətbiqini ləngidir və rəqəmsal idarəetmənin keyfiyyətinə mənfi təsir göstərir. Bu çərçivədə pedaqoji heyətin rəqəmsal bacarıqları tədrisin effektivliyini artırmaqla yanaşı, tələbələrdə analitik təfəkkürün formalaşmasını şərtləndirən strateji amil kimi çıxış edir. Rəqəmsal texnologiyaların davamlı inkişafı isə müəllimlərin öz peşəkar bilik və bacarıqlarını müntəzam olaraq təkmilləşdirməsini zəruri edir.

 

Açar sözlər: ali təhsil müəssisələri, rəqəmsal idarəetmə, təşkilati amillər, keyfiyyət təminatı, təhsil menecmenti

 


Baxış: 15