Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/53/113-116

Xuraman Hümbətova

Odlar Yurdu Universiteti

magistrant

https://orcid.org/0009-0006-3913-8586

humbatovax@gmail.com

 

Akademik mühitdə özünə inam və özünüqiymətləndirmənin

tələbə nailiyyətlərinə təsiri

 

Xülasə

 

Bu məqalədə tələbələrin özünə inamı və özünüqiymətləndirmə səviyyəsinin akademik nailiyyətlərinə təsiri araşdırılmışdır. Özünə inam və özünüqiymətləndirmə şəxsiyyətin motivasiyasını, emosional dayanıqlığını və fəaliyyətə münasibətini müəyyən edən əsas psixoloji amillər kimi qəbul olunur. Yüksək özünə inam tələbələrdə məqsədyönlülük, müstəqillik və uğura inam hissini gücləndirir. Adekvat özünüqiymətləndirmə isə öz imkanlarını real şəkildə dərk etməyə, zəif cəhətləri qəbul etməyə və inkişaf istiqamətlərini müəyyənləşdirməyə kömək edir. Aşağı özünə inam və qeyri-adekvat özünüqiymətləndirmə akademik motivasiyanı zəiflədir, emosional gərginliyi artırır və nailiyyət səviyyəsini aşağı salır. Nəticələr göstərir ki, psixoloji cəhətdən müsbət akademik mühit tələbələrin özünə inamını və psixoloji rifahını artırmaqla onların tədris göstəricilərini yaxşılaşdırır. Bu səbəbdən ali təhsil müəssisələrində psixoloji dəstək proqramlarının və özünütənzimləmə bacarıqlarını inkişaf etdirən təlimlərin həyata keçirilməsi zəruridir.

Açar sözlər: özünə inam, özünüqiymətləndirmə, akademik mühit, tələbə nailiyyətləri, psixoloji amillər

 


Baxış: 31