Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/301-305

Rəvanə Rəhimova

Bakı Dövlət Universiteti

https://orcid.org/0009-0007-1397-6343

ravana.rahimova08@gmail.com

 

Zeytun zərərvericilərinin entomofaqları

 

Xülasə

 

Kənd təsərrüfatında məhsuldarlığa mənfi təsir göstərən əsas amillərdən biri zərərverici orqanizmlərin yayılmasıdır. Bu problemlə mübarizədə ənənəvi kimyəvi vasitələrin geniş tətbiqi ekosistemlərə və insan sağlamlığına mənfi təsirləri səbəbilə alternativ metodların, xüsusilə də bioloji mübarizə üsullarının aktuallığını artırır. Bioloji mübarizə metodları, zərərverici populyasiyalarını təbii düşmənlər – yırtıcı və parazit həşəratlar vasitəsilə tənzimləməyi nəzərdə tutur və bu yanaşma davamlı və ekoloji cəhətdən təhlükəsiz hesab olunur.

Zərərverici həşəratların, xüsusilə çanaqlı və yalançı çanaqlı yastıcaların populyasiyasının idarə olunmasında parabüzənlər (Coccinellidae) mühüm rol oynayır. Onların sürfə və yetkin mərhələləri yüksək yırtıcılıq qabiliyyətinə malik olmaqla, təbii şəraitdə zərərvericilərin sayını əhəmiyyətli dərəcədə azalda bilirlər. Eyni zamanda Chrysopidae fəsiləsinin nümayəndələri, xüsusilə Chrysopa carnea, mənənələr və digər zərərvericilərlə effektiv şəkildə qidalanmaq qabiliyyətinə görə bioloji mübarizədə perspektivli entomofaqlar sırasına daxildir.

Bu məqalədə parabüzən və qızılgöz kimi tanınan entomofaq növlərin ekoloji əhəmiyyəti, çoxalma dinamikası, bioloji xüsusiyyətləri və onların zərərvericilərlə qarşılıqlı əlaqəsi təhlil edilir. Tədqiqatın əsas məqsədi bu orqanizmlərin bioloji mübarizə potensialını qiymətləndirmək və onların aqrosenozlarda effektiv istifadəsi üçün elmi əsasları müəyyənləşdirməkdir.

Açar sözlər: Bioloji mübarizə, parabüzənlər (Coccinellidae), qızılgözlər (Chrysopidae), entomofaqlar, ekoloji tarazlıq, təbii düşmənlər, yırtıcı həşəratlar


Baxış: 268