DOI: https://doi.org/10.36719/2789-6919/57/180-185
Fərqan Əsədov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
fizika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0005-0258-485X
farqanasadov@mail.ru
Eldar Mustafayev
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0003-3764-6665
eldarmv077@gmail.com
Yüksək güclü Günəş Elektrik Stansiyalarında (GES) istismar rejimlərinin enerji səmərəliliyinə təsiri
Xülasə
Müasir enerji sistemlərində yüksək güclü Günəş Elektrik Stansiyaları (GES) bərpa olunan enerji mənbələri arasında mühüm yer tutur. Günəş enerjisi ekoloji cəhətdən təmiz və tükənməyən enerji mənbəyi olmaqla yanaşı, enerji təhlükəsizliyinin təmin olunmasına və karbon emissiyalarının azaldılmasına da mühüm töhfə verir. Son illərdə texnologiyanın inkişafı və günəş panellərinin səmərəliliyinin artması nəticəsində iri güclü Günəş Elektrik Stansiyalarının tikintisi və istismarı geniş yayılmışdır.
GES-lərin istehsal etdiyi elektrik enerjisinin həcmi yalnız quraşdırılmış gücdən asılı deyil. Enerji istehsalına istismar rejimləri, idarəetmə strategiyaları, meteoroloji şərait, günəş radiasiyasının intensivliyi və avadanlıqların texniki vəziyyəti də ciddi təsir göstərir. Xüsusilə böyük gücə malik stansiyalarda optimal iş rejiminin seçilməsi enerji istehsalının artırılmasına və sistemin ümumi səmərəliliyinin yüksəldilməsinə imkan verir.
Günəş Elektrik Stansiyalarında müxtəlif istismar rejimləri tətbiq olunur. Bunlara maksimal güc nöqtəsinin izlənməsi (MPPT) rejimi, sabit güc rejimi və enerji saxlama sistemləri ilə inteqrasiya olunmuş hibrid rejimlər daxildir. Bu rejimlərin düzgün tətbiqi günəş panellərindən maksimum enerji əldə etməyə və enerji itkilərini minimuma endirməyə imkan verir.
Bu məqalədə yüksək güclü GES-lərdə müxtəlif istismar rejimlərinin enerji səmərəliliyinə təsiri təhlil edilir, onların üstünlükləri müqayisə olunur və daha optimal istismar yanaşmaları müəyyənləşdirilir.
Açar sözlər: günəş elektrik stansiyası, enerji səmərəliliyi, istismar rejimi, invertor, MPPT, itkilər