DOI: https://doi.org/10.36719/2663-4619/114/312-315
Sibel Həsənova
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
https://orcid.org/0009-0000-3868-6966
sibel.hsnva999@gmail.com
Yeni İT həllərinin tətbiqi bankların mənfəətliliyini necə artırır
Xülasə
Müasir dövrdə bank sektorunda rəqabətin artması yeni İT həllərinin tətbiqini zəruri edir. Bulud texnologiyaları, süni intellekt, blokçeyn və böyük məlumat analitikası kimi innovativ texnologiyalar bank əməliyyatlarının səmərəliliyini artırır, əməliyyat xərclərini azaldır və müştəri təcrübəsini yaxşılaşdırır. Avtomatlaşdırma və rəqəmsal bankçılıq həlləri insan resurslarına olan tələbatı azaldaraq daha sürətli və təhlükəsiz xidmətlər təqdim etməyə imkan yaradır. Bu inkişaflar nəticəsində bankların gəlirliliyi artır, müştəri bazası genişlənir və risklər daha effektiv idarə olunur.
Açar sözlər: İT həlləri, bank mənfəətliliyi, rəqəmsal transformasiya, süni intellekt, bulud texnologiyaları, blokçeyn, avtomatlaşdırma, rəqəmsal bankçılıq, müştəri təcrübəsi, risklərin idarə olunması