DOI: https://doi.org/10.36719/2789-6919/54/27-36
Əzizcan Şərifov
Özbəkistan Elmlər Akademiyasının
Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu
dissertant
https://orcid.org/0000-0003-1494-2843
sharipov.aziz@gmail.com
Yazılı mənbələrdə Heratın tarixi toponimiyası
haqqında məlumat: Şahrux dövrü
Xülasə
Məlum olduğu kimi, yazılı mənbələrdə Xorasanın ən qədim şəhərlərindən biri olan Herat və onun tarixi abidələri haqqında geniş məlumatlar vardır. Bu məqalədə Heratda qədim dövrlərdən orta əsrlərə qədər, xüsusən də Teymurilər dövlətinin hökmdarı Şahruxun hakimiyyəti dövründə şəhərsalmanın qısa tarixi təhlil edilir; Teymurilərin şəhərsalma və abadlıq sahəsindəki fəaliyyəti araşdırılır. Məqalədə bu dövrdə Heratın memarlıq abidələri və tarixi topoqrafiyası haqqında toponimik məlumatlar verilir.
Açar sözlər: Herat, Teymurilər dövrü, yazılı mənbələr, tarixi toponimlər, mədrəsələr, xanəgahlar, ziyarətgahlar