Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/111/163-168

Fuad Rzayev

Azərbaycan Tibb Universiteti

biologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-8128-1101

fuad.zi@mail.ru

Əli Nəsirov

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutu

https://orcid.org/0000-0001-6991-0334

nasirov.a50@bk.ru

Eldar Qasımov

Azərbaycan Tibb Universiteti

https://orcid.org/0000-0002-5104-4260

eldar.gasimov@amu.edu.a

 

 

Azərbaycanda ev su quşlarının helmintlərlə yoluxmasının yaş, cins və fəsillərdən asılı olaraq dəyişməsinin müqayisəli təhlili

Xülasə

Helmintlər qazların və ördəklərin orqanizminə ciddi ziyan vurur, onların məhsuldarlığını azaldır, ətinin keyfiyyətinə mənfi təsir göstərir. Ona görə də ev su quşlarının helmint faunasının və parazitlərlə yoluxma dinamikasının yaşından, cinsindən, yayılma zonasından və ilin fəsillərindən asılı olaraq öyrənilməsi aktual məsələlərdən biridir. Ümumilikdə 904 ədəd qaz və ördək tam parazitoloji yarma üsulu ilə müayinə edilmiş və sahiblərdə 27 növ helmint aşkar edilmişdir. Həm qazlarda, həm də ördəklərdə yoluxma faizi erkəklərdə (77,27% və 50,45%) dişilərdən (68,29% və 34,67%) daha yüksək olmuşdur. Helmintlərə yoluxma dərəcəsi 6 aya qədər olan quşlar arasında növlərin sayından asılı olmayaraq digər qruplara nisbətən daha yüksək olmuşdur. Quşlarda bütün yaş qruplarında rast gəlinən növlər aşağıdakılardır: N. attenuatus, A. anseris, T. tenuis, H. dispar, C. anatis. Müəyyən edilmişdir ki, ev su quşlarının digər fəsillərə nisbətən yayda helmintlərlə yoluxma faizi daha yüksəkdir. İstər qazlarda, istərsə də ördəklərdə bütün fəsillərdə qeydə alınan nematodlar bunlardır: A. anseris, T. tenuis, H. dispar, C. anatis.

Açar sözlər: Anser anser dom., Anas platherhynchos dom., yaş, cins, fəsillər, müqayisəvi təhlil, helmint fauna.

 


Baxış: 436