Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

 

Xüsusi təyinatlı dövlət müəssisələrinin fəaliyyət

səmərəliliyinin çoxölçülü qiymətləndirilməsi:

inteqral model və Azərbaycan konteksti

Zaur Məmmədov Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным. 

Xülasə. Mövcud elmi ədəbiyyatda xüsusi təyinatlı dövlət müəssisəsi (XTDM) fəaliyyətinin qiymətləndirilməsi əsasən maliyyə göstəriciləri və korporativ idarəetmə standartları, son zamanlarda isə davamlı inkişaf çərçivəsində aparılır. Bu yanaşma isə həmin müəssisələrin daşıdığı milli təhlükəsizlik, sosial missiya və funksiyalarını sistematik şəkildə nəzərə almır. Hazırkı məqalədə müəllif yeddi ölçüdən — maliyyə səmərəliliyi, sosial təsir, innovasiya, milli təhlükəsizlik töhfəsi, davamlı inkişaf, institusional keyfiyyət və beynəlxalq rəqabətlilikdən — ibarət orijinal Çoxölçülü Səmərəlilik Modeli (ÇSM) irəli sürür. Modelin metodoloji əsasını çəkili inteqral göstərici yanaşması, müəssisə növünə adaptiv çəki əmsalları sistemi, XTDM Səmərəlilik İndeksi (XTDM-Sİ) formalaşdırır. Azərbaycan kontekstindən SOCAR, Azərenerji ASC, Azərsu ASC nümunəsindən istifadə edilərək pilot qiymətləndirmə aparılmış, metodun tətbiq imkanları müzakirə edilmişdir. Nəticə etibarilə ÇSM mövcud beynəlxalq çərçivələrdən — BSC (Balanced Scorecard – Balanslaşdırılmış Göstəricilər Sistemi), ESG (Environmental, Social and Governance – Ətraf mühit, Sosial və İdarəetmə), OECD (Organization for Economic Co-operation and Development – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı), SOE (State-Owned Enterprise – Dövlət Müəssisəsi) standartlarından — struktural cəhətdən fərqlənir; xüsusilə inkişaf etməkdə olan resurs zəngin ölkələrin dövlət müəssisələri sektoru üçün kontekstual baxımdan daha uyğun analitik alət kimi təqdim olunur.

 

Açar sözlər: xüsusi təyinatlı dövlət müəssisəsi, çoxölçülü səmərəlilik, inteqral indeks, milli təhlükəsizlik töhfəsi, ESG, EBITDA, Azərbaycan

 


Baxış: 5