DOI: https://doi.org/10.36719/2706-6185/54/92-98
Rövşən Niyazov
Bakı, Azərbaycan
https://orcid.org/0009-0007-8371-3231
alessandriya3355@gmail.com
Xidməti və iş yerində konfliktlər, onların səbəbləri və
aradan qaldırılması yolları
Xülasə
Məqalədə qeyd olunur ki, konfliktologiya — konfliktlərin yaranma və inkişaf mərhələlərini, onların əsas qanunauyğunluqlarını, mexanizmlərini, növlərini, habelə konfliktlərin idarə olunması və tənzimlənməsi yollarını öyrənən biliklər sistemidir. Bu elm sahəsi cəmiyyətdə və təşkilati mühitdə baş verən sosial qarşıdurmaların səbəblərini, strukturunu və nəticələrini araşdırmaqla yanaşı, konfliktlərin konstruktiv şəkildə həll olunmasına dair nəzəri və praktik yanaşmaları da əhatə edir.
Həmçinin məqalədə vurğulanır ki, sadə dildə izah etməyə çalışdığımız bu məsələlər və əksər konfliktoloqların apardığı tədqiqatların nəticələri belə bir qənaətə gəlməyə əsas verir: rəhbər şəxsin müsbət nailiyyətləri əsasən onun kommunikativ keyfiyyətlərindən və münaqişələri nə dərəcədə effektiv həll edə bilmə bacarığından asılıdır. Rəhbərin düzgün ünsiyyət qurmaq, tərəfləri dinləmək, qarşıdurmanın mahiyyətini vaxtında dərk etmək və situasiyaya uyğun idarəetmə qərarları vermək bacarığı konfliktlərin destruktiv deyil, konstruktiv nəticələr doğurmasına imkan yaradır. Bu isə həm kollektivin sağlam psixoloji mühitinin qorunmasına, həm də təşkilati məqsədlərin uğurla reallaşdırılmasına şərait yaradır.
Açar sözlər: konflikt, kommunikasiya, qanunvericilik, şəxsiyyət