https://doi.org/10.36719/2663-4619/111/132-135
Aytən İbazadə
Bakı Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0002-2188-8590
aytenibazade655560@gmail.com
Xəzər enerji müqavilələri: hüquqi tətbiq məsələlərinin Azərbaycan və Qazaxıstan təcrübəsi ilə müqayisəli təhlili
Xülasə
Bu məqalənin əsas məqsədi Xəzər dənizində enerji müqavilələrinin hüquqi və iqtisadi aspektlərini müqayisə etmək və xüsusilə bu sahədə Azərbaycan və Qazaxıstan təcrübələrini təhlil etməkdir. Zəngin neft və qaz ehtiyatlarına malik Xəzər dənizi enerji ehtiyatlarının istismarını və müvafiq beynəlxalq müqavilələri bu regionda çox mühüm mövqeyə qoyur.
Azərbaycan 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” çərçivəsində beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edərək Xəzər dənizindəki neft və qaz ehtiyatlarının geniş şəkildə istismarına başlayıb.
Qazaxıstan isə öz növbəsində “Tengiz” və “Kaşaqan” kimi iri neft yataqları ilə beynəlxalq bazarda mühüm mövqeyə malikdir. Qazaxıstanın enerji sektorunda xarici investorlarla əməkdaşlıq ölkənin iqtisadi inkişafında mühüm amilə çevrilib.
Açar sözlər: Xəzər dənizi, Qazaxıstan, enerji, neft, qaz