DOI: https://doi.org/10.36719/2663-4619/125/185-189
Cahan Əhmədova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
http://orcid.org/0000-0003-4113-9351
ahmedova_cahan1975@mail.ru
Nihad Rüstəmli
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0007-1779-3982
rustemlen@gmail.com
Xəzər dənizi suyunun hibrid şirinləşdirmə sistemlərində nanosüzülmə üsulunun bəzi texnoloji aspektlərinin araşdırılması
Xülasə
Təklif olunan məqalədə okean suyunun emalı istiqamətində bir sıra alimlərin işlərinin icmalı əsasında şirinləşdirmə sistemlərində ilkin nanosüzülmə üsulunun sulfat ərplərinin yaranmasının qarşısının alınmasında səmərəliliyi göstərilmişdir. Peşəkar kompüter proqramında Xəzər dənizi suyunun emalında nanosüzülmə prosesinin imkanlarının araşdırılması aparılmış və NF200-400i markalı membranların göstəricilərinin yüksək olması müəyyən olunmuşdur. Bu marka membranlı nanosüzülmə texnologiyasının əks-osmos membranlarının və termiki distillə qurğularının qızma səthlərinin sulfat ərplərindən etibarlı qorunması göstərilmişdir. Nanosüzülmə üsulundan istifadə etməklə şirinləşdirilmiş suyun çıxımının artmasına, çəkilən xərclərin azalmasına, distillə prosesində temperatur həddinin yüksəlməsinə nail olmağın mümkünlüyü aşkar edilmişdir.
Açar sözlər: Xəzər dənizi suyu, şirinləşdirmə, nanosüzülmə, membranların markası, sulfat ərpləri, hibrid texnologiya