Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Xarici dilin tədrisində çatbotların və virtual assistentlərin istifadəsi

 

Nərmin Abdurəhimova Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı təhsil prosesində yeni metod və vasitələrin tətbiqini zəruri etmişdir. Xüsusilə xarici dilin tədrisində çatbotların və virtual assistentlərin istifadəsi öyrənənlərin dil bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu texnologiyalar tələbələrə fərdi yanaşma imkanı yaradır, onların danışıq, yazı, dinləmə və lüğət ehtiyatının inkişafına kömək edir. Çatbotlar vasitəsilə öyrənənlər istənilən vaxt xarici dildə ünsiyyət qura, suallarına cavab ala, səhvlərini təhlil edə və müstəqil şəkildə məşq etmək imkanı əldə edə bilirlər.

Tədqiqatın əsas məqsədi xarici dilin tədrisində çatbotların və virtual assistentlərin tətbiq imkanlarını, üstünlüklərini və tədris prosesinə təsirini araşdırmaqdan ibarətdir. Bu məqsədlə xarici dil tədrisində rəqəmsal texnologiyaların rolu, çatbot və virtual assistentlərin funksiyaları, onların öyrənənlərin motivasiyasına, ünsiyyət bacarıqlarına və fərdi öyrənmə prosesinə təsiri təhlil edilmişdir. Tədqiqat zamanı təhlil, müqayisə, ümumiləşdirmə və sistemli yanaşma metodlarından istifadə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, çatbotlar və virtual assistentlər xarici dil tədrisində yalnız texnoloji vasitə kimi deyil, həm də öyrənənlərin fəallığını artıran, kommunikativ bacarıqları inkişaf etdirən və fərdi təlim mühitini dəstəkləyən pedaqoji alət kimi qiymətləndirilir. Tədqiqatın praktik əhəmiyyəti isə ondan ibarətdir ki, əldə olunan nəticələr xarici dil müəllimləri, tələbələr və təhsil müəssisələri tərəfindən tədris prosesinin daha səmərəli təşkili üçün istifadə oluna bilər.

 

Açar sözlər: xarici dil tədrisi, çatbot, virtual assistent, süni intellekt, rəqəmsal təhsil, fərdi öyrənmə, dil bacarıqları

 


Baxış: 7