Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Xarici dil tədrisində vizual resursların effektiv tətbiqi

 

Zümrüd Mahmudova

 

Xülasə. Müasir təhsil mühitində xarici dil tədrisinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif innovativ yanaşmalardan istifadə edilir. Bu yanaşmalar arasında vizual resurslar xüsusi yer tutur. Vizual materiallar öyrənənlərin diqqətini cəlb etməklə yanaşı, onların dil bacarıqlarının inkişafına, motivasiyasının yüksəlməsinə və tədris materialının daha səmərəli mənimsənilməsinə şərait yaradır. Məqalənin məqsədi xarici dil dərslərində vizual resursların tətbiq imkanlarını araşdırmaq, onların öyrənmə prosesinə təsirini təhlil etmək və bu sahədə mövcud elmi yanaşmaları ümumiləşdirməkdir. Tədqiqat nəticələri göstərir ki, vizual vasitələrin sistemli tətbiqi dinləmə, danışıq, oxu və yazı bacarıqlarının inkişafına müsbət təsir göstərir.

 

Açar sözlər: xarici dil tədrisi, vizual resurslar, multimedia texnologiyaları, dil bacarıqları, innovativ təhsil

 


Baxış: 10