DOI: https://doi.org/10.36719/2663-4619/124/92-96
Rahib Nəsirov
Bakı Biznes Universiteti
magistrant
https://orcid.org/0009-0000-9336-0627
rahibnasirr@gmail.com
Xalq təbabəti məhsullarının rəqabətqabiliyyətliliyinin
artırılmasında innovasiya alətlərinin rolu
Xülasə
Müasir dövrün dəyişən tələbat və istəklərinə, tibb sahəsində əldə olunan nailiyyətlərinə baxmayaraq, əhalinin əksəriyyəti hələ də ənənəvi tibb və onun məhsullarına üstünlük verir. Xalq təbabəti ildən-ilə daha geniş maraqları özünə cəlb edir və insanların güvənini qazanır. Ölkəmizdə son illərdə xalq təbabətindən əldə edilən gəlirlər artır. Xalq təbabətinin iqtisadi potensiallı sahə olmasından istifadə edərək bu sektorun biznesə çevrilməsi ölkəmizin sosial-iqtisadi cəhətdən inkişafına səbəb ola bilər. Məqalədə xalq təbabəti məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması üçün innovasiya alətləri və onların tətbiqinin nəticələri ətraflı şəkildə araşdırılmış, bu sahədə uğurlu model olan Herba Flora şirkəti nümunə olaraq göstərilmişdir.
Açar sözlər: xalq təbabəti biznesi, biznes, alternativ tibb, rəqabətqabiliyyətlilik, innovasiya