Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/113/38-42

Arzu Paşayeva

Bakı Dövlət Universiteti

https://orcid.org/0000-0003-3398-837X

pasayeva-1969@mail.ru

Xanımbacı Məmmədova

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0006-3738-5452

memmedovaxanimbaci549@gmail.com

 

Üzvi kimya dərslərində şagirdlərin kompetensiya fəaliyyətinin

formalaşmasında laboratoriya işlərinə yaradıcı yanaşma

 

Xülasə

Bu məqalədə üzvi kimya dərslərində laboratoriya işlərinin yaradıcı yanaşma ilə təşkilinin şagirdlərin kompetensiyalarının formalaşmasına təsiri araşdırılır. Ənənəvi laboratoriya təcrübələrinin innovativ üsullarla zənginləşdirilməsi, problem həll etmə bacarıqlarının inkişafı və müstəqil tədqiqat aparma vərdişlərinin aşılanması kimi aspektlər nəzərdən keçirilmişdir. Məqalədə laboratoriya işlərinin şagirdlərin tənqidi düşüncə, praktik bacarıqlar və elmi araşdırma qabiliyyətlərini inkişaf etdirməsinə dair nümunələr təqdim olunur. Təhlil edilən yanaşmalar müasir kimya tədrisinin effektivliyini artırmaqla yanaşı, şagirdlərin elmi proseslərə marağını artırır və onların yaradıcı potensialını üzə çıxarır.

Açar sözlər: üzvi kimya, laboratoriya işləri, kompetensiya yanaşması, yaradıcı təlim, eksperimental tədris, STEM, tənqidi düşüncə


 


Baxış: 117