Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/161-167

Əli Zalov

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə elmlər doktoru

https://orcid.org/0000-0002-2171-8906

zalov1966@mail.ru

Sürayyə İsayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

riyaziyyat üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0000-9488-1811

surayye.necefova@gmail.com

 

Üzvi birləşmələrin xlorlanması, mayedə hissəciklərin

çökməsi və xətti osillyator

 

Xülasə

 

Suspenziyaların çökməsi hissəciklərin mərhələli çökməsi (sedimentasiyası) şəklində baş verir. Osillyator rəqsi hərəkət edən fiziki sistemdir. Onu xarakterizə edən kəmiyyətlər zamanla vaxtaşırı dəyişirsə bu termin maddi sistem üçün istifadə olunur. Klassik osillyator, tarazlıq vəziyyəti ətrafında rəqsi hərəkət edən mexaniki sistemdir. Osillyator anlayışı elektomaqnit şüalanma nəzəriyyəsində, bərk cisimlərin nəzəriyyəsində, çoxatomlu molekulların rəqslərinin təsvirində və s. mühüm rol oynayır. Sənaye, həm də laboratoriya şəraitində geniş tətbiq edilən üzvi birləşmələrin xlorlanması prosesi üzvi kimyanın vacib reaksiyalarından biridir. Xlorlaşma reaksiyası üzvi molekulların tərkibinə xlor atomlarının daxil edilməs və ya mövcud atomların xlor ilə əvəzlənməsi ilə həyata keçirilir. Xlorlu törəmələr üzvi birləşmələrin fiziki və kimyəvi xassələrini əhəmiyyətli dərəcədə dəyişir. Xlorlanma prosesi dərman preparatlarının, polimerlərin, pestisidlərin və həlledicilərin sintezində geniş istifadə olunur. Reaksiya şəraitindən asılı olaraq, xlorlanma sərbəst radikal, elelktrofil və ya nukleofil əvəzlənmə mexanizmləri ilə baş verə bilər. Bu reaksiyanın kinetikasını, mexanizmini və təsir edən amilləri öyrənmək, prosesin optimal şəkildə aparılması və istənilən məhsulun alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Açar sözlər: qatılıq, xlor, reaksiya sürəti, diferensial tənlik, başlanğıc şərt, funksional asılılıq, bircins diferensial tənlik, ekstremum, suspenziya, çökmə,hissəcik, sıxlıq, cazibə qüvvəsi, Arximed qanunu, çökmə sürəti, eynicinsli, sürtünmə qüvvəsi, ossilyator, kinetik enerji, potensial enerji, periodik funksiya, ikinci tərtib diferensial tənlik


Baxış: 275