DOI: https://doi.org/10.36719/2663-4619/115/242-244
Gülzar Kərimova
Bakı Dövlət Universitetinin Qazax filialı
https://orcid.org/0009-0004-3246-6670
kerimovagulzar@gmail.com
Ümumtəhsil məktəblərində riyazi induksiya metodunun
öyrənilməsinin əhəmiyyəti
Xülasə
Məqalə məktəbdə riyazi induksiya metodunun öyrənilməsinin əhəmiyyətinə həsr olunub. Göstərilmişdir ki, riyazi induksiya metodu şagirdlərə yeni biliklərin əldə edilməsində, təfəkkürün inkişaf etdirilməsində böyük rolu var. Həmçinin hadisə və faktları, daxili əlaqələrini, mahiyyətini, onların əsasını təşkil edən qanunları açmağa kömək edir. Məqalədə riyazi induksiya metodunun mahiyyətini izah etmək üçün bir neçə düsturun doğruluğu isbat edilmiş və tapşırıqlar verilmişdir. İnduksiya təlim metodu elmi-praktiki cəhətdən əhəmiyyətli mövzulardandır. Beləliklə, şagirdlərin tədris prosesində əldə ediləcək nəticələrin yaranmasına və tədqiqat bacarıqlarını müstəqil şəkildə inkişaf etdirmələrinə maraqlı olması təmin edilir.
Açar sözlər: metod, induksiya, dərs, şagird, kitab, məktəb, müəllim, təlim