Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/112/66-69

Reyhanə Səfərova

Bakı, Azərbaycan

https://orcid.org/0009-0006-5168-5216

safarovareyhane@gmail.com

 

Ulu Öndər Heydər Əliyevin terrorizmlə mübarizə siyasəti və onun

tarixi əhəmiyyəti

 

Xülasə

Terrorizm müasir dövrümüzdə hələ də qarşısı alına bilinməyən, kütləvi şəkildə insan ölümlərinə səbəb olan, bütün dünya ölkələrinin ən təhlükəli ortaq problemlərindən biridir. Tarixində terrorun hər növünə dəfələrlə məruz qalmış Azərbaycan Respublikası, terrorizimə qarşı mübarizədə hər zaman ön cərgələrdə yer alır. Azərbaycan Respublikasının terrorizmlə uğurlu mübarizə strategiyası Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə ölkədə təhlükəsizlik sistemləri gücləndirilmiş, hüquq-mühafizə orqanları yenidən təşkil edilmiş və terror təhdidlərinin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə əhəmiyyətli addımlar atılmışdır. Əsasən də, 1999-cu ildə qəbul edilən “Terrorçuluğa qarşı mübarizə haqqında Qanun” və Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı Heydər Əliyevin siyasətinin əsas dayaqlarını təşkil etmişdir. Heydər Əliyevin terrorizmə qarşı həyata keçirdiyi tədbirlər Azərbaycanın həm daxili, həm də xarici təhlükəsizliyini əhəmiyyətli şəkildə təmin etmişdir. Onun siyasəti sayəsində Azərbaycan həm regionda həm də beynəlxalq arenada güclü bir tərəfdaş olaraq tanınmış, milli və qlobal təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rol oynamışdır. Heydər Əliyevin terrorizmlə mübarizə siyasətinin əsas istiqamətləri və onun tarixi əhəmiyyəti məqalədə geniş şəkildə təhil edilmişdir.

Açar sözlər: Heydər Əliyev, terrorizm, terrozimlə mübarizə, 20 Yanvar, Xocalı Soyqırımı, NATO


Baxış: 192