Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

 

 

Türk tarixi romanının inkişafında milli tarix və

bədii təxəyyülün müqayisəli aspektləri

 

Türkan Əliyeva

 

Xülasə. Tarixi roman türk ədəbiyyatında keçmişi bədii düşüncə vasitəsilə canlandıran və milli tarixin müxtəlif dövrlərini oxucuya yeni baxış bucağından təqdim edən mühüm janrlardan biridir. Bu romanlarda tarixi faktlar yalnız olduğu kimi nəql edilmir, həm də yazıçının bədii təxəyyülü ilə zənginləşdirilərək dövrün ictimai, siyasi və mənəvi mənzərəsini özündə əks etdirir. Məqalədə türk tarixi romanının inkişafında milli tarix və bədii təxəyyülün qarşılıqlı əlaqəsi müqayisəli şəkildə araşdırılmışdır. Tədqiqat zamanı Namıq Kamal, Kemal Tahir, Tarık Buğra, Mustafa Necati Sepetçioğlu, Hüseyn Nihal Atsız və İskəndər Palanın tarixi romanları təhlil edilmiş, onların tarixi hadisələrə yanaşma prinsipləri, tarixi şəxsiyyətlərin bədii təqdimatı və milli kimliyin ifadə xüsusiyyətləri müqayisə olunmuşdur. Araşdırmanın nəticələri göstərir ki, fərqli dövrlərdə yaşayıb-yaratmalarına və müxtəlif bədii üslublara malik olmalarına baxmayaraq, bu yazıçıların əsərlərində tarix milli kimliyin və mədəni yaddaşın əsas mənbələrindən biri kimi təqdim edilir. Müəlliflər tarixi hadisələri bədii təxəyyülün imkanlarından istifadə etməklə daha təsirli şəkildə canlandırmağa, eyni zamanda isə tarixi həqiqətdən uzaqlaşmamağa çalışırlar. Bu xüsusiyyət türk tarixi romanının təkcə keçmişi təsvir edən deyil, həm də milli yaddaşı yaşadan, tarixi hadisələrin mahiyyətini anlamağa kömək edən mühüm ədəbi janr olduğunu göstərir. Tədqiqatın nəticələri tarix, ədəbiyyat və milli kimlik arasındakı əlaqələrin daha dərindən öyrənilməsi baxımından əhəmiyyət kəsb edir və türk tarixi romanının inkişaf xüsusiyyətlərinə dair müqayisəli tədqiqatlara yeni baxış təqdim edir.

Açar sözlər: türk tarixi romanı, milli tarix, bədii təxəyyül, müqayisəli ədəbiyyat, kollektiv yaddaş, milli kimlik


Baxış: 8