Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/124/123-128

Ülkər Kərimova

Bakı Biznes Universiteti

magistrant

https://orcid.org/0009-0002-0426-5340

kerimovaulkr@gmail.com

 

Turizm sənayesində infrastruktur aktivlərinin qiymətləndirilməsi

 

Xülasə

 

Məqalədə turizm sənayesində infrastruktur aktivlərinin qiymətləndirilməsi və bu prosesin uçotla əlaqəsi geniş şəkildə təhlil edilir. Turizmin qlobal iqtisadiyyatda artan rolu və turizm axınlarının sürətlə yüksəlməsi fonunda infrastrukturun keyfiyyətinin strateji əhəmiyyəti vurğulanır. İnfrastruktur aktivləri olan otellər, istirahət mərkəzləri, nəqliyyat obyektləri, rekreasiya və xidmət infrastrukturlarının real dəyərinin müəyyənləşdirilməsi həm investisiya qərarlarının verilməsi, həm də dövlət–özəl sektor inkişaf strategiyalarının hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə aktivlərin maliyyə hesabatlarında tanınması, ölçülməsi, amortizasiyası və dəyərsiz-ləşməsi IFRS tələbləri əsasında izah olunur. Qiymətləndirmə prosesində istifadə olunan əsas metodlar – dəyər, gəlir və bazar yanaşmaları müqayisəli şəkildə təqdim edilir və otellər, hava limanları, istirahət kompleksləri kimi obyektlər üzrə praktiki tətbiqlər verilir.

Məqalədə həmçinin turizm aktivlərinin qiymətləndirilməsində müasir çağırışlar və innovativ texnologiyaların rolu, eləcə də GIS, Big Data, süni intellekt və rəqəmsal monitorinq sistemləri araşdırılır. Sonda infrastruktur aktivlərinin effektiv auditinin aparılması, standartlaşdırılmış qiymətləndirmə metodologiyasının tətbiqi və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi ilə bağlı tövsiyələr təqdim edilir.

Ümumilikdə məqalə göstərir ki, turizm infrastrukturunun düzgün qiymətləndirilməsi sektorda şəf­faf­lığı artırır, investisiya cəlbediciliyini gücləndirir və turizmin davamlı inkişafı üçün strateji əsas yaradır.

Açar sözlər: turizm infrastrukturu, infrastruktur aktivlərinin qiymətləndirilməsi, aktivlərin uçotu, IFRS (Beynəlxalq Maliyyə Hesabatları Standartları), amortizasiya, GIS və Big Data

 

 


Baxış: 47