Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Tikinti məhsulları bazarında rəqabət mühitinin marketinq alətləri əsasında qiymətləndirilməsi

 

Leyla Quluzadə

 

Xülasə. Məqalədə tikinti məhsulları bazarında rəqabət mühitinin marketinq alətləri əsasında qiymətləndirilməsi məsələləri araşdırılır. Müasir iqtisadi şəraitdə tikinti sektoru ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və bu sahədə fəaliyyət göstərən müəssisələr arasında rəqabətin güclənməsi marketinq yanaşmalarının əhəmiyyətini daha da artırır. Tikinti məhsulları bazarında müəssisələrin uğurlu fəaliyyəti yalnız məhsul istehsalı və satışı ilə məhdudlaşmır, həm də bazar tələbinin düzgün öyrənilməsi, istehlakçı davranışının təhlili və rəqabət üstünlüyünün formalaşdırılması ilə bağlıdır.

Tədqiqatda göstərilir ki, rəqabət mühiti qiymət, məhsul keyfiyyəti, çeşid müxtəlifliyi, satış kanalları, reklam fəaliyyəti, müştəri münasibətləri və brend imici kimi amillərin qarşılıqlı təsiri nəticəsində formalaşır. Məqalədə marketinq kompleksinin əsas elementlərindən istifadə etməklə tikinti məhsulları bazarında müəssisələrin rəqabət mövqeyinin qiymətləndirilməsi əsaslandırılır. Eyni zamanda, müəssisələrin bazarda davamlı mövqe tutması üçün müştəri yönümlü siyasət aparması, məhsul keyfiyyətini yüksəltməsi, satış və kommunikasiya strategiyalarını təkmilləşdirməsi zəruri hesab olunur. Marketinq alətlərinin düzgün tətbiqi tikinti məhsulları bazarında rəqabət qabiliyyətinin artırılmasına və müəssisələrin bazar mövqeyinin möhkəmlənməsinə şərait yaradır. Beləliklə, tikinti məhsulları bazarında marketinq alətlərindən səmərəli istifadə müəssisələrin rəqabət üstünlüyünü gücləndirməklə yanaşı, onların uzunmüddətli inkişaf imkanlarını da genişləndirir.

 

Açar sözlər: tikinti məhsulları bazarı, rəqabət mühiti, marketinq alətləri, rəqabət üstünlüyü, bazar mövqeyi

 


Baxış: 40