Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/53/85-89

Könül Həsənova

AMEA, İ.Nəsimi adına Dilçilik İnstitutu

https://orcid.org/0009-0000-1806-2179

pervin.hesenov@yandex.ru

 

“Tiflis əyalətinin müfəssəl dəftəri”ndə işlənən toponimlərin

tədqiqinə ontoloji və qnoseoloji yanaşma

 

Xülasə

 

Məqalədə “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə təsadüf olunan toponimlərə ontoloji və qnoseoloji yanaşma imkanları təhlil edilmişdir. Toponimlərin tədqiqi ilə bağlı fərqli yanaşma və istiqamətlərin meydana çıxması, bu sahədə müxtəlif tədqiqat metodlarının tətbiqi mövcud problemlərin aradan qaldırılması yönündə atılan addımlardan hesab olunur. Toponimlərin formalaşmasına təsir edən sosial-linqvistik amillərə, ilk növbədə, müəyyən bir ərazidə yaşayan əhalinin etnik tərkibi ilə bağlı məsələlər, bu ərazidə hansı tarixi, mədəni, sosial transformasiyaların baş verməsi təsir göstərir. Toponimlər hər hansı bir etnik qrupun həyatının mədəni və fəlsəfi qavrayışının vacib hissəsidir, çünki onlar sosial və tarixi təcrübəni - ümumbəşəri və milli təcrübəni birləşdirir, mədəni məlumatları özündə saxlayır və əks etdirir, yaşadır. Toponimlərin linqvistik baxımdan araşdırılmasında ontoloji əhəmiyyətli amillərə təmasda olanların müxtəlif etnik qrupa mənsubiyyəti də daxildir. Müəyyən bir ərazidə tarixən ümumi dil, mədəni-psixoloji mühit kimi ortaq dəyərlərə malik insanların sabit toplusu toponimlərin semantik xüsusiyyətlərinin formalaşmasına da təsirsiz ötüşmür. Tarixən inkişaf edərək zamanla müəyyən dəyişikliyə uğrayan toponimlər insan həyatının, fəaliyyətinin bütün sahələrinə aid anlayışları özündə əks etdirir. Bu baxımdan yanaşdıqda toponimlərin tədqiqi koqnitiv, linqvokultural, antroposentrik və tarixi-kontaktoloji paradiqmaların daxil olduğu kompleks yanaşma əsasında mümkündür.

Açar sözlər: Tiflis əyalətinin müfəssəl dəftəri, toponimlər, etimologiya, koqnitiv yanaşma, linqvokulturologiya

 


Baxış: 67