Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/9-13

Firadun İbrahimov

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

pedaqoji elmlər doktoru

https://orcid.org/0000-0002-0775-1048

firedun.ibrahimov55@gmail.com

Günel Əliyeva

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

https://orcid.org/0000-0002-6613-8227

gunelaliyeva0492@gmail.com

 

Təhsilə səriştə əsaslı yanaşma və onun keyfiyyətə təsiri

 

Xülasə

 

Məqalədə kompetensiyalar sırasından təhsil kompetensiyaları fərqləndirilir, bunların təhsilalma dövründə sonrakı zaman kəsikləri üçün gərək olacaq kompetensiyaların formalaşdırılmasının vacibliyi vurğulanır. Təhsildə səriştəli yanaşma, təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi vasitəsi və dünya təhsil sferasında təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri kimi qiymətləndirilir. Bildirilir ki, səriştəli yanaşma modelinin müxtəlif komponentləri (məntiqi, funksional, semantik (məna), texnoloji) arasındakı qarşılıqlı əlaqələrin xarakterik xüsusiyyətlərinin nəzərə alınması onun səmərəliliyini müəyyən edir. Mürəkkəb yazılı mətnləri başa düşmək üçün savadlılıq, ədədlər və ölçülən kəmiyyətlərlə işləmək, onları saymaq və onlar üzərində müxtəlif əməliyyatları yerinə yetirmək üçün ədədi savadlılıq, müxtəlif şəraitdə düzgün həyat mövqeyinin seçilməsi və yaşayış tərzinin formalaşdırılması üçün müvafiq bilik, bacarıq və vərdişlərin qazanılması, akademik biliklər sisteminə yiyələnmək insanın fəaliyyətində xüsusi rol oynayan kompetensiyalar sayılır. Mürəkkəbliyin reproduksiyalılığı (yenidən hasil edilməsi), fərasətlilik, ağıllılıq, gözüaçıqlıq, normallıq, dürüstlük, kooperasiyalılıq (bir çox insanın əməkdaşlığı, birgə işləməsi əsasında qurulmuş əmək fəaliyyəti forması), tarixlilik fəaliyyət sahəsində əsas açar rolunu oynayan kompetensiyalar qrupu kimi fərqləndirilir. Əsas kompetensiyalar öyrənənlərin yaş və fənninin xüsusiyyətləri nəzərə alınmaqla konkretləşdirilməli, təhsil proqramları, dərsliklər, dərs vəsaitləri hazırlanarkən bunlar nəzərə alınmalıdır.

Açar sözlər: antropotexnologiya, səriştəlilik, səriştəli yanaşma modeli, səriştəliliyin komponenti, şəxsiyyətin özünüreallaşdırma bacarıqları



Baxış: 400