DOI: https://doi.org/10.36719/2789-6919/55/73-78
Fatimə Qaralı
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0009-2654-3293
fatimeqarali4@gmail.com
Təhsildə proqramlaşdırma dillərinin gələcəyi
Xülasə
Məqalədə təhsildə proqramlaşdırmanın tələbələrə sadə və anlaşıqlı şəkildə öyrədilməsi istiqamətində effektiv pedaqoji yanaşmalar tətbiq edilmişdir. Məqalədə ilkin proqramlaşdırma anlayışlarının şagird və tələbələr üçün çətinlik yaratmasının əsas səbəblərini təhlil edir və bu çətinliklərin aradan qaldırılması üçün praktik metodlar təklif edir. Eyni zamanda, tələbələrin problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi və alqoritmik düşüncənin formalaşdırılması üçün konstruktivist və fəaliyyətyönlü yanaşmaların üstünlükləri göstərilir. Tədqiqat nəticələri proqramlaşdırmanın daha səmərəli və əlçatan şəkildə öyrədilməsi üçün müəllimlərə praktik tövsiyələr təqdim edir və bu istiqamətdə yerli, xarici təcrübələr öyrənilərək tədqiqata cəlb edilmişdir. Həmçinin, məqalədə anket sorğuların keçirilməsi üçün müəyyən formalar da təklif edilmişdir. Tədqiqatda təhsildə proqramlaşdırmanın tələbələrə sadə şəkildə öyrədilməsi məsələsini araşdırmaq üçün bir neçə elmi-metodoloji yanaşmadan istifadə edilmişdir. İlk olaraq mövzu üzrə aparılmış ədəbiyyat icmalı vasitəsilə proqramlaşdırmanın tədrisinə dair müasir metodlar, sadələşdirmə strategiyaları və pedaqoji modellər öyrənilmişdir. Daha sonra müşahidə metodu tətbiq edilərək real dərs prosesində tələbələrin çətinlikləri, müəllimlərin istifadə etdiyi izah və tədris üsullarının effektivliyi analiz olunmuşdur
Açar sözlər: proqramlaşdırmanın tədrisi, süni intellekt, alqoritmik düşüncə, başlanğıc proqramlaşdırma, pedaqoji metodlar, vizual alətlər