DOI: https://doi.org/10.36719/2706-6185/57/32-36
Mehparə Əhmədova
Naxçıvan Dövlət Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
https//orcid.org/0000-0002-4997-3239
ehmedovamehpare69@gmail.com
Dünya Abdullayeva
Naxçıvan Dövlət Universiteti
magistrant https://orcid.org/0009-0002-6453-0513 dunyaabdullayeva365@gmail.com
Təhsil prosesində monitorinq anlayışının elmi mahiyyəti və inkişaf mərhələləri
Xülasə
Məqalədə təhsil prosesində monitorinq anlayışının elmi mahiyyəti və inkişaf mərhələləri nəzəri baxımdan təhlil olunur. Monitorinqin çoxölçülü və dinamik xarakteri, vahid tərifinin olmaması və onun funksional, metodoloji və proqnostik aspektlərinin müxtəlif alimlər tərəfindən izahı araşdırılır. Monitorinqin ilkin nəzarət və statistik hesabat xarakterli mərhələlərdən başlayaraq analitik və proqnostik funksiyalar qazanması və idarəetmə qərarlarının elmi əsaslarla qəbul edilməsinə xidmət edən sistemli modelə çevrilməsi izah edilir.
Məqalədə həmçinin monitorinqin müasir mərhələdə təhsil keyfiyyətinin yüksəldilməsinə, proseslərin optimallaşdırılmasına və strateji idarəetməyə verdiyi töhfələr vurğulanır. Azərbaycan təhsil sistemi kontekstində isə monitorinqin inkişaf mərhələləri praktiki tətbiqlə əlaqələndirilir və onun idarəetmədə əsas alət kimi rol oynadığı göstərilir.
Açar sözlər: monitorinq, təhsil prosesi, təhsil keyfiyyəti, idarəetmə, pedaqoji proses, inkişaf mərhələləri, analitik və proqnostik funksiyalar, Azərbaycan təhsil sistemi