https://doi.org/10.36719/2663-4619/112/54-60
Sevil Mirzəliyeva
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi
Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu
https://orcid.org/0009-0005-9507-8939
sevil.mirzeliyeva55@gmail.com
Tarixin izlərini günümüzə daşıyan memarlıq inciləri (Zülfüqarovların mülkləri)
Xülasə
Təbiətin yaşıl fonunda öz memarlıq abidələrini və planlaşdırma quruluşunun əksər hissəsini yaxşı saxlamış Şəki Azərbaycanın tarixi şəhərlərindən biridir. Şəkidə xalq ustalarının və sənətkarlarının yüksək peşəkarlığı nəticəsində yaranmış abidələr: Xan sarayı, Şəkixanovların evi, məscidlər, hamamlar və digər tikililərlə yanaşı yaşayış evləri də mühüm əhəmiyyət kəsb edir. Şəhərin tarixi-memarlıq abidələri ilə zəngin 283 ha ərazini əhatə edən “Yuxarı Baş” hissəsində Azərbaycan SSRİ Nazirlər Sovetinin 594 nömrəli qərarı ilə, 24 noyabr 1967-ci il tarixində “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğu yaradılmışdır. Hal-hazırda qoruq ərazisində dünya, ölkə və yerli əhəmiyyətli 83 abidə dövlət tərəfindən qeydiyyata alınaraq mühafizə olunur.
Bu məqalədə məqsəd XIX əsrin sonu, XX əsrin əvvəllərində inşa edilmiş tarixi şəhərimizi bəzəyən memarlıq incilərindən olan tacir hacı Zülqədər Zülfüqarovun mülkləri ilə tanış olmaqdır.
Açar sözlər: Yuxarı Baş, mülk, tarixi şəhər, ipəkçilik, qoruq, abidə