Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Sulu mühitdən misin çıxarılması üçün Kotinus mənşəli biosorbentin tətbiqi: kinetik və spektrofotometrik qiymətləndirmə

 

Fatih Babayev1* , Zamana Cəfərova1 , Leyla Qasımova1 ,

Rəmziyə Yusifova1 , Sənan Zeyniyev1

 

Xülasə. Su sistemlərində ağır metal çirklənməsi sənaye tullantıları ilə əlaqədar ən aktual ekoloji problemlərdən biri hesab olunur. Xüsusilə həll olmuş mis birləşmələrinin yüksək konsentrasiyası ekosistemlər və canlı orqanizmlər üçün toksik təsirlərlə müşayiət olunur. Bu tədqiqatda sarağan bitkisindən əldə olunmuş bioadsorbentin adsorbsiya xüsusiyyətləri kinetik və spektrofotometrik üsullarla sistemli şəkildə araşdırılmışdır. Adsorbent qurudulma və mexaniki xırdalanma yolu ilə hazırlanmışdır. Təcrübələr müxtəlif zaman intervallarında (5–30 dəqiqə), pH mühitlərində (3–7) və ilkin qatılıqlarda (10–50 mq/l) aparılmışdır. Spektrofotometrik nəticələr adsorbsiya prosesindən sonra absorbsiya intensivliyinin əhəmiyyətli dərəcədə azaldığını göstərmişdir. Optimal şəraitdə çıxarılma dərəcəsi 82–91% intervalında olmuşdur. Kinetik təhlillər adsorbsiya prosesinin psevdo-ikinci dərəcəli modelinə uyğun olduğunu göstərmişdir. Alınmış nəticələr sarağan mənşəli materialın ekoloji təhlükəsiz və perspektivli bioadsorbent olduğunu təsdiq edir.

 

Açar sözlər: bioadsorbent, ağır metallar, adsorbsiya kinetikası, mis ionları, spektrofotometrik analiz, yaşıl kimya


Baxış: 30