DOI: https://doi.org/10.36719/2663-4619/113/207-211
Reyhanə Səfərova
Bakı, Azərbaycan
https://orcid.org/0009-0006-5168-5216
safarovareyhane@gmail.com
Sultan I Səlimin Səfəvi siyasəti: Osmanlı imperiyasının şərq strategiyası
Xülasə
XVI əsrin əvvəllərində Osmanlı və Səfəvi dövlətləri arasındakı siyasi və dini mübarizə daha da gərginləşmiş, bu da hər iki dövlətin daxili və xarici siyasətinə ciddi təsir göstərmişdir. Səfəvilərin şiəliyi rəsmi məzhəb kimi qəbul edərək, Anadoluda mürid toplaması Osmanlı dövlətinin vahid dini və siyasi ideologiyasına təhlükə yaratmışdır. Sultan I Səlim hakimiyyətə gəldikdən sonra Səfəvilərin Anadoludakı təsirini azaltmaq və Osmanlı dövlətinin sünni İslam məzhəbini qorumaq üçün sərt tədbirlər görmüşdür. Sultan I Səlimin bu siyasətinin ən əhəmiyyətli nəticələrindən biri 1514-cü ildə baş verən Çaldıran döyüşü olmuşdur. Osmanlı ordusu top və atəşli silahlardan istifadə etməklə Səfəvi qüvvələrini məğlub etmiş, nəticədə Osmanlı dövlətinin şərq sərhədləri möhkəmlənmişdir. Osmanlı ordusu Təbrizi qısa müddətlik nəzarəti altına alsa da, strateji səbəblərdən geri çəkilməli olmuşdular. Amma Osmanlı dövlətinin bu qələbəsi Səfəvilərin Anadoludakı təsirini əhəmiyyətli dərəcədə zəiflətmişdir. Məqalədə I Səlimin Səfəvilərə qarşı apardığı mübarizənin həm hərbi, həm də ideoloji tərəfləri qeyd edilmişdir. Sultan I Səlimin yürütdüyü sərt siyasət Osmanlı-Səfəvi münaqişəsinin dərinləşərək XVII əsrə qədər davam etməsinə səbəb olmuşdur.
Açar sözlər: Osmanlı dövləti, Səfəvilər dövləti, Şah I İsmayıl, Sultan I Səlim, Çaldıran döyüşü