Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/96/150-155

Gülnarə Abbasova 
Azərbaycan Dövlət Aqrar Universiteti
abbasovag13@gmail.com
 
SOYA BİTKİSİNİN ƏKİNİ VƏ ƏSAS PERSPEKİVLƏRİ
 
Xülasə
Azərbaycan quşçuluq məhsulları ilə daxili bazarın 98 faizini təmin etməsinə baxmayaraq bu sahənin yem təminatının 85 %-dən çoxu xaricdən asılıdır. Xaricdən gələn yem məhsullarının tərkibinin böyük hissəsini soya təşkil edir ki, bu da kifayət qədər valyuta ehtiyatlarının ölkədən getməsi deməkdir. Ölkədə bu məhsulun dəyərini əkinçilikdən daha çox, quş əti və süd məhsulları istehsalçıları hiss etsə də, əkinçilik təsərrüfları hələ də bu bitkinin becərilməsində o qədər də maraqlı deyildir. Soya özü qiymətli olduğu kimi, torpaq üçündə faydalıdır. Dənli bitkilər, qarğıdalı ilə növbəli əkilə bilən soya torpağı azotla kifayət qədər zənginləşdirir. Torpaqda atmosferin təbii azot dövriyyəsini təmin etdiyinə görə, soya bitkisi davamlı olaraq yüksək məhsuldarlığa malik olur.
Açar sözlər: soya, soya südü, əkin, məhsuldarlıq, torpaq, bitki

Baxış: 7