Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/118/14-23

Mehdi Qasımzadə

Azərbaycan Respublikası 132-134 saylı Təhsil kompleksi

https://orcid.org/0009-0000-3924-1352

mehdigasimzade09@gmail.com

Elmira Gocayeva

Azərbaycan Dövlət İqtisad Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-8413-4812

elmira_qocayeva@unec.edu.az

 

Şirkətlərdə innovasiyaların mövcud vəziyyətinin qiymətləndirilməsi:

Azərbaycan nümunəsi

 

Xülasə

 

Elmi-texniki tərəqqi prosesləri son illərdə sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi şərtlənir. Qeyd etmək lazımdır ki, sənaye inqilabları həmişə iqtisadiyyata həm mikro, həm də makro səviyyədə öz təsirlərini göstərmişdir. Xüsusilə, dördüncü sənaye inqilabı iqtisadi subyektlərin fəaliyyətində və sosial-iqtisadi amillərin gələcək trayektoriyasının formalaşmasında mühüm rol oynayan elmi-texniki tərəqqinin yüksək texnologiyalarını formalaşdırmışdır. Bu gün bir sıra elmi araşdırmalar göstərir ki, qabaqlayıcı strategiyalarla şirkətlərin rəqabət qabiliyyətini davamlı şəkildə artırmaq mümkündür. Bu strategiyaların əsasında innovasiyalar dayanır. İnnovasiya anlayışı geniş anlayış olmaqla bir sıra istiqamətləri səciyyələndirir. Bunlardan ən mühümü İnformasiya və Kommunikasiya Texnologiyalarıdır (İKT). Tədqiqatda Azərbaycan şirkətlərində İKT-dən istifadənin müasir vəziyyəti və onun istehsal həcminə müəyyən təsiri qiymətləndirilir. Bu işdə Azərbaycan şirkətlərində İKT-dən istifadə, şirkətlərin internetə çıxış imkanları, innovativ fəaliyyət üçün çəkilən xərclər kimi bir sıra göstəricilər statistik təhlil edilib. Eyni zamanda, Azərbaycanın yeni təsnif edilmiş iqtisadi rayonlarında, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən şirkətlərin göstəriciləri tədqiqata daxil edilib.

Açar sözlər: innovasiya, informasiya və kommunikasiya texnologiyaları, dördüncü sənaye inqilabı, internet, proqram təminatı


 


Baxış: 335