DOI: https://doi.org/10.36719/2663-4619/124/184-190
Şükür Nəsirov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
texnika üzrə elmlər doktoru
https://orcid.org/0000-0001-6421-7549
shukur.nasirov@asoiu.edu.az
Sənan Neymətov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
https://orcid.org/0009-0002-5378-5289
nemetovsenan89@gmail.com
“ŞİMAL-1” buxar-qaz qurğusu kondensatorunun
iş rejiminin analizi
Xülasə
Məqalədə Respublikamızda istismar olunan yeni buxar-qaz turbinli qurğuların (BQTQ) müasir texnoloji sxemlərinin enerji istehsalında vacib olduğu qeyd edilərək, onların tsikli, istilik sxemi, istilik sxemi avadanlıqlarının işi, avadanlıqların normal iş rejimi araşdırılır və kombinələşdirilmiş şəkildə qaz turbinli qurğu (QTQ) ilə buxar turbin qurğusunun (BTQ) birlikdə işi analiz edilir. Buxar və qaz turbinli qurğunun istismar şəraitində göstəricilərinin optimallaşdırılması məqsədilə kondensatorun iş və istismar rejiminin xarakteristikaları təhlil edilir. Kombinələşdirilmiş buxar–qaz qurğularının faydalılığının buxar və qaz tsikillərinin ayrılıqda faydalılıqlarından asılılığı əsas götürülərək, hər tsiklin faydalılığına təsir edən faktorlara baxılır. Xüsusi olaraq BTQ-nin faydalılığına kondensatorun xarakteristikalarının təsirini qiymətləndirmək üçün qutu kondensatorunun təcrübi qiymətlərə əsaslanan rejim xarakteristikaları analiz edilir.
Eyni zamanda bu qurğuların istilik mübadilə aparatlarında profillənmiş borulardan istifadə edilməsi hesabına istilik mübadiləsini intensivləşdirməklə onların faydalılıq göstəricilərinin yaxşılaşdırılmasının əldə olunması da vurğulanır.
Açar sözlər: buxar–qaz qurğusu, kondensatorun iş göstəriciləri, kombinə edilmiş tsiklin faydalılığı, qaz turbin qurğusu (QTQ), buxar turbin qurğusu (BTQ), istilik mübadiləsinin intensivləşdirilməsi, istilik tsiklinin analizi, profillənmiş borular