Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/113/218-222

Reyhanə Səfərova

Bakı, Azərbaycan

https://orcid.org/0009-0006-5168-5216

safarovareyhane@gmail.com

 

Şərqi Türküstan: etnik və mədəni assimilyasiya siyasətinin

tarixi və müasir görünüşü

 

Xülasə

Şərqi Türküstan, bu gün Sincan-Uyğur Muxtar Rayonunda yerləşən və daha çox uyğur, qazax kimi türk xalqlarının yaşadığı bir bölgədir. Tarix boyu bu bölgə müxtəlif Çin imperiyalarının təsiri altında olunub, XX əsrdə Çin Xalq Respublikasının bu ərazidə yeritdiyi siyasət yerli xalqların mədə­niyyətinə və etnik kimliyinə kəskin təsir göstərib. Çinin tarixi dövrlərdə tətbiq etdiyi assimilasiya siyasəti, xüsusilə Xan çinlilərinin bölgədə məskunlaşdırılması və yerli türklərin mədəniyyətini silmək məqsədi güdən tədbirlərdən ibarət olub. Son dövrlərdə isə, Çin hökuməti tərəfindən repressiv siyasət daha da gücləndirilib, dini və mədəni məhdudiyyətlər artıb, uyğurlar və digər türklər məcburi əmək düşərgələrinə göndərilir. Bu siyasət bölgədə həm demoqrafik, mədəni və dini dəyişikliklərə səbəb olur, həm də yerli əhalinin hüquq və azadlıqlarını ciddi şəkildə məhdudlaşdırır və yerli əhalinin gələcəyini təhdid edir. Şərqi Türküstanda Çin hökumətinin bu siyasətinə məruz qalan türklərin hüquqları məsələsi beynəlxalq səviyyədə daha çox diqqət tələb edir.  Gələcəkdə, Şərqi Türküstan türklərinin mədəni və etnik kimliklərinin mühafizə edilməsi beynəlxalq ictimaiyyətin bu məsələyə nə dərəcədə müdaxilə edəcəyindən aslıdır.

Açar sözlər: Şərqi Türküstan, Assimilyasiya siyasəti, Uyğurlar, insan haqları, Çin hökuməti, mədəni represiya


Baxış: 124