Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/229-233

Elnarə Nəzərəliyeva

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0000-0001-7484-1791

elnarenazereliyeva@gmail.com

Günel Ramazanova

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0000-0002-8155-9046

gunel.ramazanova@adau.edu.az

Gülnarə Abbasova

Azərbaycan Dövlət Aqrar Universiteti

https://orcid.org/0009-0005-8110-7276

UOT:633.854.78:631.52

gulnara.abbasova@adau.edu.az

 

Səpin üsulu, səpin müddəti və toxumun basdırılma dərinliyinin günəbaxan

bitkisinin inkişaf fazalarının keçməsinə təsiri

 

Xülasə

 

Tədqiqatın məqsədi səpin üsulu, səpin müddəti və toxumun basdırılma dərinliyinin günəbaxan bitkisinin inkişaf fazalarının keçməsinə təsirinin öyrənilməsidir. Müxtəlif səpin müddəti, üsulları və toxumun basdırılma dərinliyinin günəbaxanın məhsuldarlığına təsiri mövzusunda elmi tədqiqat işinə dair aparılan təcrübələr laboratoriya və tarla təcrübələrindən ibarət olub, 2020–2022-ci illərdə ADAU-nun tədris-təcrübə təsərrüfatının tarlasında aparılır. Günəbaxan əkməyə başlamazdan əvvəl toxumun əkilməsi və bitkilərə qulluq ilə bağlı əsas kənd təsərrüfatı təcrübələri öyrənilməlidir. Günəbaxan bitkisinin açıq havada yetişdirilməsi kifayət qədər asandır, lakin yaxşı məhsul əldə etmək üçün bitkiyə əlverişli şərait yaratmaq və qulluq işləri ilə bağlı tövsiyələrə əməl etmək vacibdir. Tədqiqatdan bir daha aydın olur ki, tirəyə səpin aparılması günəbaxan bitkisinin inkişafını tezləşdirir. Hər bir səpin müddətinin düz səthə səpin variantı ilə tirəyə səpin variantlarını bir-biri ilə müqayisə etdikdə görünür ki, tirəyə səpin aparılan variantlarda çiçəkləmə fazası 3–9 gün tez tamamlanmışdır. Apardığımız tədqiqatdan aydın oldu ki, günəbaxan bitkisinin inkişafına ən yaxşı təsir edən səpin müddəti 15. IV ay, ən yaxşı səpin üsulu tirəyə səpin üsulu, ən yaxşı basdırılma dərinliyi isə 6–8 sm hesab edilir. Çünki bu variantda günəbaxan bitkisinin inkişaf fazalarının keçməsi digər variantlara nisbətən 2–3 gün tez baş vermişdir. Səpinin tez və ya gec aparılması günəbaxanın inkişaf fazalarının başlanmasına və keçmə müddətinə heç bir əlverişli təsir göstərməmişdir. Səpin optimal müddətdə aparılmadıqda əkinlərdə günəbaxanın inkişafı ləng gedir. Bu onunla əlaqədardır ki, gec əkinlərdə bitkilərin inkişafının isti vaxta düşdüyü, tez əkinlərdə isə əkin qatında soyuq olduğu üçün onlar qida maddələri, rütubət, günəş işığı və s.-dən yaxşı istifadə edə bilmirlər, nəticədə onların inkişafı zəifləyir, vegetasiya müddəti uzanır.

Açar sözlər: günəbaxan, səpin, üsul, toxum, dərinlik, inkişaf, faza


Baxış: 219