Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Sənaye tikinti sahələrində deformasiya proseslərinin səbəblərinin tədqiqi və geotexniki reabilitasiya üsulları

 

Novruz Şiraliyev1* , Sevda Hüseynova1 , Əsmər Abbasova1 ,

Nərminə İsgəndərova1 , Aygün Xəlilova1

 

Xülasə. Bu məqalədə izolyasiya lövhələri istehsalı zavodunun tikinti sahəsində qeydə alınmış intensiv konstruktiv deformasiyaların və diferensial çökmələrin yaranma səbəbləri araşdırılmışdır. Kompleks vizual-geotexniki monitorinq, diaqnostik mühəndis-geoloji tədqiqatlar və əvvəllər əldə edilmiş laboratoriya nəticələrinin hərtərəfli retrospektiv təhlili əsasında müəyyən edilmişdir ki, ərazinin əsasını nəmliyə həssas, kifayət qədər sıxlaşdırılmamış lösşəkilli gilli-tozlu qruntlar təşkil edir. Retrospektiv yoxlama hesablamaları göstərmişdir ki, götürülmüş 21 qrunt nümunəsindən 14-ü islanma zamanı nəzərəçarpacaq çökmə xüsusiyyətləri nümayiş etdirir ki, bu da tikinti sahəsinin qrunt şəraitini II tip çökməyə meyilli qruntlar kateqoriyasına aid etməyə əsas verir. İnkişaf edən konstruktiv zədələnmələrin əsas səbəbləri kimi geri doldurma işləri zamanı texnoloji tələblərin pozulması, mühafizəedici beton örtüklərin kifayət qədər maililiyə malik olmaması və yağış sularının kənarlaşdırılması üçün funksional drenaj sisteminin tamamilə olmaması müəyyən edilmişdir. Bu amillər səth sularının tam həcmdə qrunt qatlarına sızmasına və geodinamik proseslərin inkişafına səbəb olmuşdur. Yaranmış geodinamik təhlükələrin aradan qaldırılması və müəssisənin uzunmüddətli istismar etibarlılığının təmin edilməsi məqsədilə konstruktiv, hidrotexniki və iqtisadi baxımdan qiymətləndirilmiş xüsusi geotexniki reabilitasiya tədbirləri təklif olunmuşdur. Tədqiqatda daşıyıcı qrunt-sement sütunlarının yaradılması üçün müasir Jet Grouting texnologiyasının tətbiqinə, etibarlı hidroizolyasiya baryerlərinin qurulmasına və dərin svay bünövrələrinə keçidin məqsədəuyğunluğuna xüsusi diqqət yetirilmişdir.

Açar sözlər: geotexnika, diferensial çökmə, Jet Grouting, lösşəkilli qruntlar, deformasiya, mühəndis-geologiyası, geodinamika


Baxış: 10