Şəmkir inzibati rayonunun qrunt sularının
mikrobioloji tətbiqi
Sədaqət Adıgözəlova1*
, Sevil Mikayılova1
, Gülcahan Əliyeva1
Xülasə. Qrunt suları ümumi su ehtiyatının əsas hissəsini təşkil edir və əlverişli geoloji-struktur şəraitdə toplanır, ona görə də belə sahələrin “qrunt su anbarları” adlandırılması məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, yeraltı su anbarları (QSH) təbii və süni amillərin təsiri altında qrunt sularının toplandığı, ondan kəmiyyət və keyfiyyət baxımından xalq təsərrüfatında istifadəsinin iqtisadi səmərəliliyini təmin edən ərazilərdir. Yuxarıda qeyd edildiyi kimi, yeraltı sular təbii və süni amillərin təsiri nəticəsində əmələ gəlir.
Süni qrunt suları əlverişli geoloji-struktur və litoloji şəraitdə yerləşdiyi zaman yeraltı suların süni şəkildə ötürülməsi və ya su təchizatı sistemindən itkilər nəticəsində suyun toplanması, o cümlədən kanallardan və su anbarlarından filtrasiya yolu ilə əmələ gəlir. Qrunt sularının təbii şəraitdə yerləşməsi və istismar olunduqca ehtiyatını artırması onu digər faydalı qazıntılardan (filiz və qeyri-filiz, neft, qaz) fərqləndirir.
Açar sözlər: yeraltı sular, geoloji-struktur amillər, hidrogeoloji amillər, çirklənmə mənbələri, Şəmkirçay su anbarı