Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/57/193-198 

Üzeyir Yunuszadə

   Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

doktorant

https://orcid.org/0009-0005-9950-5328

uzeyir.yunuszade1999@gmail.com

 

SB-10 tipli quruducu baraban üçün reduktorun texniki təhlili və optimallaşdırılması

 

Xülasə

 

Məqalədə kənd təsərrüfatında strateji sahələrdən olan xam-pambığın emal prosesinin əsas mərhələlərindən olan qurudulma sistemindən və bu işi aparan əsas avadanlığa diqqət yetirilir, buna səbəb emaldan alınan məhsulların sənayenin bir çox yerlərində tətbiqinə ehtiyac duyulur. Xam-pambığın emalı prosesində ilkin mərhələ qurudulma prosesidir, bu rejimdə tətbiq edilən əsas quruducu avadanlıq detallı formada (quruluşu, işləmə prinsipi) analiz edilir, çünki bu qurğu xam-pambığın nəmliyinin tələb oluan səviyyəyə gətirilib, tərkibində olan zibillərdən təmizlənməsi üçün digər mərhələyə yönləndirilir. Quruducu cihazda bir çox mexanizmlər mövcud olub, əsas mexanizmlərindən biri olan quruducu barabanın reduktorunun mövcud konstruksiyası texniki baxımdan təhlil edilmiş və istismar zamanı yaranan əsas çatışmazlıqlar (səs-küy, vibrasiya, enerji itkisi, böyük ölçü və çəki, sənaye mühitinə həssaslıq) araşdırılmışdır. Bu mexanizm avadanlığın davamlı və etibarlı olaraq işləməsində mühümdür. Reduktoru təşkil edən hissələrin (dişli çarxlar, yastıqlar və s.) onun işləmə prinsipindəki rolu, mənfi və müsbət tərəflərinə baxılır və bu hissələrin düzgün seçilməsində bir sıra parametrlərə və şərtlərə fikir verilir. Yarana biləcək problemlərin həlli yolu üçün bir sıra tətbiqlərə nəzər yetirilir və bu həll üsullarının reduktorun daha sonra işləməsində ola biləcək təsirlərə baxılır. Ümumilikdə aparılan tədqiqat göstərir ki, təklif edilən dəyişikliklərin tətbiqi reduktorun səs-küy səviyyəsinin azalmasına, enerji səmərəliliyinin yüksəlməsinə, istismar etibarlılığının və xidmət müddətinin artırılmasına şərait yaradır, bundan əlavə hesablamalarda tələb olunan əmsallar avadanlıq üçün dəqiq hesablanarsa, quruducu barabanın daha uzunmüddətli işləməsi təmin edilər, enerji balansı tənzimlənər, istilik mübadiləsi nəmlik üçün müntəzəm nizamlanar və sonda keyfiyyətli məhsul əldə olunar.

Açar sözlər: qurutma prosesi, SB-10 quruducu baraban, reduktorlar, nəzəri hesablamalar, modernləşdirmə


Baxış: 11