DOI: https://doi.org/10.36719/2663-4619/113/223-227
Əli Cəfərov
Lənkəran Dövlət Universiteti
aqrar elmlər üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-3698-7711
alicafarov1959@mail.ru
Turan İsmayıllı
Lənkəran Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0005-8831-4251
ismayillituran99@gmail.com
Salyan düzü torpaqlarının spektrofotometrik xassələri
Xülasə
Təqdim olunan məqalədə spektral əksetmə haqqında məlumat verilir. İşığın torpaqda əks olunması bir sıra kimyəvi elementlərdən və torpağın fiziki xüsusiyyətlərindən asılıdır. Lakin bu amillərin qruntların spektral əmsallarına eyni vaxtda təsirinin çoxparametrli təhlili hələ də aparılmamışdır. Ümumiyyətlə, bütün torpaq növlərinin spektral əyriləri elektromaqnit dalğalarının müəyyən hissələ-rində ana süxurlardan, humusun miqdarından və onun formalarının nisbətindən, mexaniki tərkibindən, minerallardan, karbonatlardan, dəmir oksidlərindən və s. asılıdır. Məqalədə Salyan düzü torpaq-larının humusdan, karbonatlardan, rütubətdən, sıxlıqdan, duzlardan və s. asılı olaraq spektrofotometrik xüsusiyyətlərinin öyrənilməsinin nəticələri təqdim olunur. Bu göstəricilər torpaqların inteqral əksetmə qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, torpaqlarda humusun miqdarı nə qədər çox olarsa, spektral əksetmə qabiliyyəti bir o qədər azdır, karbonat və duzların miqdarı nə qədər çox olarsa, spektral əksetmə qabiliyyəti bir o qədər yüksəkdir.
Torpağın əks etdirmə əmsallarının intensivliyinin və spektral tərkibinin rütubətdən asılılığı və onların fraksiyalarının ölçülərinin dəyişməsi onu göstərir ki, müəyyən şərtlər daxilində qruntların rəngini və spektral əks etdirməsini öyrənmək lazımdır.
Bu istiqamətdə aparılan işlərin əksəriyyətində ölçüləri 1,0-0,01 mm arasında olan havada qurudulmuş torpaq nümunələrində qruntların rəng və spektral əks etdirilməsinin aparılması tövsiyə olunur.
Spektrofotometrik xassələrin müxtəlif amillərdən asılılığının qanunauyğunluğunun öyrənilməsi bəzi çatışmazlıqları aradan qaldırmağa imkan verir. Görülən işlərin səmərəliliyini artırmaq üçün əks əmsalların təsir edən amillərə reaksiyasını kəmiyyətcə qiymətləndirmək lazımdır.
Torpaqların optik xassələrinin qanunauyğunluğunun müəyyən edilməsi torpaq haqqında yeni məlumatların öyrənilməsinə gətirib çıxarır ki, bu da torpaq tədqiqatında əlavə amil kimi istifadə oluna bilər.
Açar sözlər: spektral və inteqral əmsallar, torpaq, karbonatlar, humus, hissəciklərin ölçüləri