DOI: https://doi.org/10.36719/2663-4619/124/62-65
Balabəyim Quliyeva
Naxçıvan Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0006-3607-0854
ruslanquliyev19830101@gmail.com
Riyaziyyat fənnində problem həll etmə bacarığının
qiymətləndirilməsi
Xülasə
Bu məqalədə riyaziyyat fənnində problem həll etmə bacarığının qiymətləndirilməsinin nəzəri və praktik aspektləri təhlil olunur. Müasir təlim yanaşmaları şagird və tələbələrin yalnız bilik əldə etməsini deyil, həm də həmin bilikləri tətbiq etmə, təhlil etmə və yaradıcı şəkildə istifadə etmə qabiliyyətini əsas götürür. Bu baxımdan problem həll etmə bacarığı riyaziyyat tədrisinin əsas məqsədlərindən biri kimi çıxış edir. Məqalədə bu bacarığın formalaşma mərhələləri, onun qiymətləndirilməsi üçün istifadə olunan meyarlar, kriteriyalar və metodlar elmi baxımdan təhlil edilmişdir. Həmçinin qiymətləndirmə prosesində formativ və summativ yanaşmaların rolu,refleksiya və özünüqiymətləndirmə mexanizmlərinin əhəmiyyəti vurğulanmışdır. Tədqiqatın obyekti ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində riyaziyyat tədrisidir, predmeti isə tələbə və şagirdlərin riyazi problem həll etmə bacarığının qiymətləndirilmə prosesidir. Mövzu aktualdır, çünki müasir təhsil sistemində biliklərin tətbiqinə əsaslanan öyrənmə və təfəkkürün inkişafı mühüm yer tutur. Tədqiqatın metodu kimi pedaqoji müşahidə, test üsulu, müqayisəli təhlil və diaqnostik yanaşma tətbiq edilmişdir. Nəticələr göstərir ki, problem həll etmə bacarığının səmərəli qiymətləndirilməsi yalnız nəticə yönümlü deyil, proses yönümlü yanaşma tələb edir. Bu, tələbələrin analitik düşüncə, məntiqi nəticə çıxarma və yaradıcı yanaşma bacarıqlarının inkişafına şərait yaradır.
Açar sözlər: riyaziyyat təlimi, problem həll etmə, qiymətləndirmə, metodologiya, tədris prosesi, formativ qiymətləndirmə