Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/57/126-130

Ayaz Məmmədzadə

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

magistrant

https://orcid.org/0009-0006-4907-8142

memmedzadeayaz8@gmail.com

 

Resurs potensialının formalaşması və onun

səmərəli idarə olunması mexanizmi

 

Xülasə

 

Resurs potensialının səmərəli idarə olunmasının əsaslarını başa düşmək üçün müəssisələrdə müasir idarəetmə və strateji yanaşmalar haqqında dərin biliklərin əldə edilməsi vacibdir. Müəssisə üçün optimal resurs strukturunun formalaşdırılması və ya mövcud strukturun təkmilləşdirilməsi məqsədilə bu sahə üzrə ətraflı məlumatların toplanması zəruridir. Resurs potensialının effektiv idarə olunması üçün müəssisə rəhbərliyi daxili və xarici mühiti sistemli şəkildə qiymətləndirməli, mövcud resursların vəziyyətini, onların istifadə səviyyəsini, həmçinin güclü və zəif tərəfləri müəyyən etməlidir. Uzunmüddətli inkişafın təmin edilməsi məqsədilə strateji qərarların qəbul edilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Strateji planlaşdırma və icra proseslərinin təkmilləşdirilməsi resurs potensialının idarə olunması sahəsində daha dərin analitik biliklərin tətbiqini tələb edir. Məqalədə resurs potensialının formalaşdırılması və idarə olunmasının qiymətləndirilməsi, təhlili və təsnifləşdirilməsi üsulları iqtisadi və təşkilati aspektlərdən nəzərdən keçirilmişdir. Aparılan tədqiqatlar göstərir ki, bir çox hallarda müəssisələrin maliyyə dayanıqlığının zəifləməsi və fəaliyyət səmərəliliyinin azalması resurslardan qeyri-effektiv istifadə və idarəetmə mexanizmlərinin yetərsizliyi ilə bağlıdır. Bu hal mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələr üçün xarakterikdir.

Xüsusilə Azərbaycan Respublikasında resurs potensialının formalaşdırılması və idarə olunması prosesində struktur uyğunsuzluqları, koordinasiya problemləri və müasir idarəetmə alətlərinin məhdud tətbiqi kimi çətinliklər mövcuddur. Bu problemlərin təhlili və daha dərindən öyrənilməsi resurs potensialının səmərəliliyinin artırılması baxımından əsas amillərdən biridir. Əgər ənənəvi planlaşdırma resurslardan ilkin istifadəni nəzərdə tutursa, resurs potensialının idarə olunması müəssisənin bütün fəaliyyət sahələrini əhatə edən kompleks idarəetmə mexanizmi kimi çıxış edir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, resurs potensialının səmərəli idarə olunmasına xüsusi diqqət yetirilməsi müəssisələrin rəqabət qabiliyyətinin və davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır.

Açar sözlər: resurs potensialı, sənaye müəssisəsi, səmərəli idarəetmə, davamlı inkişaf, innovasiya mexanizmi

 

 


Baxış: 6