Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

Residiv cinayətkarlığın nəzəri

əsasları və kriminoloji mahiyyəti

 

Ayişə Əliyeva Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Residiv cinayətkarlıq müasir dövrdə cinayət hüququ və kriminologiya elminin aktual tədqiqat istiqamətlərindən biri olmaqla, cinayət davranışının davamlılığını xarakterizə edən mürəkkəb sosial-hüquqi hadisə hesab edilir. Məqalənin məqsədi residiv cinayətkarlığın nəzəri əsaslarını, cinayət-hüquqi və kriminoloji mahiyyətini kompleks şəkildə təhlil etmək, bu sahədə mövcud elmi yanaşmaları ümumiləşdirmək və Azərbaycan Respublikasının cinayət qanunvericiliyində residiv institutunun hüquqi tənzimlənməsini qiymətləndirməkdir. Tədqiqat zamanı formal-hüquqi, müqayisəli-hüquqi, sistemli təhlil və elmi ədəbiyyatın təhlili metodlarından istifadə edilmişdir. Araşdırma çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin residivə dair müddəaları, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə Plenumunun müvafiq qərarları, eləcə də yerli və xarici müəlliflərin elmi əsərləri təhlil edilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, residiv cinayətkarlığın yalnız hüquqi institut kimi qiymətləndirilməsi onun mahiyyətinin tam açıqlanmasına imkan vermir. Residiv davranışının formalaşmasına şəxsin əvvəlki kriminal təcrübəsi ilə yanaşı, sosial mühit, hüquqi şüur, davranış xüsusiyyətləri və digər kriminoloji determinantlar da əhəmiyyətli təsir göstərir. Müəyyən olunmuşdur ki, residiv cinayətkarlığın düzgün qiymətləndirilməsi üçün cinayət-hüquqi və kriminoloji yanaşmaların qarşılıqlı əlaqədə tətbiqi zəruridir. Məqalədə əldə edilmiş nəticələr residiv institutunun nəzəri əsaslarının daha dolğun izahına, cinayət qanunvericiliyinin tətbiqinin elmi baxımdan qiymətləndirilməsinə və gələcək tədqiqatlar üçün nəzəri əsasların formalaşdırılmasına töhfə verir.

Açar sözlər: residiv cinayətkarlıq, residiv, kriminologiya, cinayət hüququ, cinayətkar şəxsiyyəti, cinayət davranışı

 


Baxış: 5