Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/54/31-36

Gülnarə İsmayılova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

kimya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0001-6364-2313

 gulnara.ismayilova@yandex.ru

Hacıağa Sadıxov

Azərbaycan Dövlət Pedaqoji Universiteti

magistrant

https://orcid.org/0009-0006-9610-0103

haciagasadiqov2@gmail.com


Rəqəmsal tədris platformalarından istifadə kimya təhsilinin

yeni imkanları vasitəsi kimi

 

Xülasə

 

Məqalədə kimya fənninin tədrisi prosesində istifadə olunan rəqəmsal texnologiyalardan və onların bu fənnin tədrisində yaratdığı imkanlardan bəhs olunur. Rəqəmsal texnologiyalardan istifadə etməklə kimyəvi anlayışların və qanunların şagirdlər tərəfindən daha anlaşılan formada mənimsənilməsində əvəzsiz rolundan danışılır. Süni intellektin təhsil prosesindəki müstəsna üstünlükləri və rolu vurğulanmışdır. Distant təhsilin hazırkı əhəmiyyəti və həyatımızda yaratdığı müsbət, effektiv dəyişikliklərlə irəliləməsi qeyd olunmuşdur. Onlayn platformalar — onlayn dərslər, onlayn laboratoriyalar, mobil tətbiqlər, simulyasiya modellərinin kimya fənninin tədrisində istifadə olunmasının üstünlükləri göstərilmişdir. Tədris prosesində, xüsusən də kimya fənninin tədrisində rəqəmsal texnologiyalardan istifadə şagirdlərin idrak fəallığının artmasına, onlarda mövzuya dair motivasiyanın yüksəlməsinə, mövzunun daha maraqlı və tez mənimsənilməsinə, eləcə də interaktiv mühitin yaranmasına xidmət edir. Aparılan araşdırmalar təsdiq edir ki, rəqəmsal texnologiyalardan istifadə təhsil prosesinin keyfiyyətini yüksəltmək üçün ən vacib amillərdən biridir. Deməli, rəqəmsal texnologiya sahəsi gələcəyin olduqca açıq sahəsi olmaqla yanaşı, həm də rəqəmsal texnologiyaların təhsil sahəsinə inteqrasiyası əsas prioritet istiqamətlərindən biridir.

Açar sözlər: rəqəmsal texnologiya, inkişaf, onlayn platforma, distant təhsil, süni intellekt, mobil tətbiq


Baxış: 24