Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/124/76-80

Kamran Musazadə

Bakı Biznes Universiteti

magistrant

https://orcid.org/0009-0008-7850-4336

kamran.musazade.1994@mail.ru

 

Rəqəmsal bank əməliyyatlarının dövlət tənzimlənməsi

 

Xülasə

 

Rəqəmsal bank əməliyyatlarının genişlənməsi Azərbaycanda maliyyə xidmətlərinin sürətini, əlçatanlığını və səmərəliliyini əhəmiyyətli dərəcədə artırmış, eyni zamanda yeni tənzimləyici və təhlükəsizlik çağırışları yaratmışdır. İnformasiya texnologiyalarının inkişafı bank xidmətlərini elektron mühitə inteqrasiya etmiş, onlayn ödənişlər, mobil bankçılıq, rəqəmsal kreditlər və elektron köçürmə sistemləri geniş istifadə olunan xidmət sahələrinə çevrilmişdir. Bu ekosistemin formalaşması həm dövlətin rəqəmsal transformasiya siyasətinə, həm də fintek sektorunun innovativ həllərinə əsaslanır.

Rəqəmsal əməliyyatların yayılması ilə kibertəhlükələr, məlumat sızmaları və əməliyyat riskləri artdığı üçün dövlət tənzimlənməsi strateji əhəmiyyət kəsb edir. Azərbaycanda rəqəmsal bankçılığın hüquqi bazası “Ödəniş xidmətləri haqqında” və digər normativ aktlarla müəyyən edilməklə yanaşı, Mərkəzi Bank və aidiyyəti qurumlar tərəfindən risk əsaslı nəzarət mexanizmləri tətbiq olunur. Sürətli Ödənişlər Sistemi, rəqəmsal identifikasiya platformaları və nağdsız ödəniş infrastrukturunun genişləndirilməsi sektorda təhlükəsizliyi və funksionallığı artırmışdır.

Açar sözlər: rəqəmsal bankçılıq, nağdsız ödənişlər, mobil bankçılıq, sürətli ödəniş sistemi, dövlət tənzimləməsi

 

 


Baxış: 47